Xəbərlər

"Niyə bəziləri özlərini elə aparırlar ki, sanki əməkhaqqı ilə yaşayırlar?" - Deputatdan ETİRAZ

yan-22
18:11 2022
"Niyə bəziləri özlərini elə aparırlar ki, sanki əməkhaqqı ilə yaşayırlar?" - Deputatdan ETİRAZ
“Eldar Həsənova 10 il iş verilir və əmlakı müsadirə edilir. Heç kimə belə tale arzulamıram. İttiham rüşvətxorluq, mənimsəmə və sui-istifadə və digər məsələlərdir. Açığı düşünürəm ki, doğru qərar deyil. Bəlkə də mənim bilmədiyim məqamlar var. Bu işlə bağlı məlumatlı olduğumu da deyə bilmərəm”. DİA.AZ xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev sosial şəbəkə profilində qeyd edib.

O bildirib ki, adamı heç 1 km-dən belə görməyib:

“Əgər varsa deyilsin. Amma milyonlarla, milyardlarla oğurlayanlar var, hələ də xeylisi vəzifədədir. “Sea Breeze”də, Bakının digər elitar məkanlarında, xaricdə ən lüks yerlərdə tikilən və alınan on milyonlarla qiyməti olan mülklər, restoranlar, zavod və fabriklər qanuni qazancla alınıb? Niyə bəziləri özlərini elə aparırlar ki, sanki əməkhaqqı ilə yaşayırlar?

Səmimi mübarizə aparmaq lazımdır ki, ölkəmizi düzəldə bilək. İkiüzlülük, qeyri-səmimilik, yaltaqlıq bizi uçuruma aparır. Danışmaq və həqiqətləri çılpaq demək lazımdır ki, özümüz də İkiüzlülük burulğanına yuvarlanmayaq. Qərar verdim ki hər gün video çəkim və ürəyimdən keçənləri paylaşım. Qoy ürəyimizi boşaldaq ki, sonra ürək əməliyyatına girməyək. Bir gündə onlarla media nümayəndəsindən zəng gəlir, eyni suala eyni şablon cavabı verməkdən yorulmuşam. Amma, heç zaman dövlətə və xalqa xidmətdən yorulmaram və yorulmayacam. Amma, kim olursa olsun, hansı cəbhədə olursa olsun, dəxli yoxdur, artistlik, şou və yalançılıq, ifşa etməmək belə günahdır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru