Xəbərlər

Yasamal Icra Başçısının Yaxın Qohumu “Əjdaha Rauf” Vətəndaşları Dövlətə Qarşı Qaldırır ? – AKSİYA- Foto+ Video

yan-24
12:44 2022


Ötən gün Yasamal rayonu ərazisində uzun illərdir inşa edilən və mənzilləri sahiblərinə təhvil verilməyən binanın sakinləri etiraz aksiyası keçirdi.Mənzil sahibləri pullarını əvvəlcədən binanı tikən MTK-nın müvafiq kassasına ödəsələr də nə bina tikilib-təhvil verilir, nə də pullar geri ödənilir. Etiraz aksiyasının iştirakçılarının dediklərinə görə MTK-nın sahibi Rauf Əliyev Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun qohumudur. Söz yox ki, İH-nın “dobrosu” olmadan nə bina inşa edilə, nə də xalqın min-bir əziyyətlə topladıqları pulu mənimsənilərdi.

Yeri gəlmişkən, Rauf Əliyevə artıq “Əjdaha” ləqəbi də qoyulub və onun bu ləqəbi məhz vətəndaşların vəsaitlərini mənimsəməsi ilə əlaqələndirilir.

Xəbəral.az-ın məlumatına görə, təhvil verilməmiş binada bir mənzilin bir neçə şəxsə müxtəlif yüksək məbləğlərdə satıldığı da bildirilir və bu haqda müvafiq instansiyalara məlumatlar verilib.

Rauf Əliyev və komandası isə şikayət olan kimi hər kəsi güvəndiyi yerə göndərir:
Yasamal rayon İcra Hakimiyyətinə. Daha dəqiq desək, başçı Elşad Həsənovun qəbuluna.

Təbii ki, cənab başçı da şikayətçiləri müxtəlif üsullarla başından etmək üsullarını tətbiq edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Sözügedən videonu sizlərə təqdim edirik:

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru