Xəbərlər

Vasif Talıbovun `ATALIQ QAYĞISI` - İLGİNC FAKT

avq-03
19:30 2022


Vasif Talıbovun `ATALIQ QAYĞISI` - İLGİNC FAKT

"Vasif Talıbovun "atalıq qayğısı" təkcə alt paltarı hədiyyəsindən ibarət deyilmiş. Bakı əhalisi keyfiyyətli taksi xidmətindən yararlana bilmək şansı yaradıldığına görə də Vasif Talıbova minnətdar olmalıdır". DİA.AZ xəbər verir ki, bu barədə açıqlamasında tanınmış jurnalist, siyasi şərhçi Heydər Oğuz bildirir.

"Naxçıvanda Azərbaycan Polis Akademiyası məzunlarının ovu davam edir" deyə açıqlamasına davam edən Heydər Oğuz daha sonra qeyd edir:

"Əldə etdiyimiz məlumata görə, sonuncu belə qurban Culfa rayon polis idarəsinin sahə müvəkkili Şirzad adlı polis baş-leytenantı olub. Bildirilir ki, Şirzad müəllim bundan bir müddət əvvəl MR DİN-in Cinayət Axtarışı İdarəsində baş əməliyyat müvəkkili işləyib. Nazir dəyişildikdən sonra Şirzadın vəzifəsini kiçildib Culfa rayonuna sahə müvəkkili göndəriblər. Onun yerinə isə kapitan Zeynəlabdin Babayevi təyin ediblər.
Yol uzaq olduğundan və vəzifəsi kiçildiyildiyindən polis baş leytenantı işdən çıxmaq barədə ərizə yazıb. Onun ərizəsini qəbul etməyiblər. Ya işləyəcəyini, ya da polis orqanlarından qovulacağını Şirzad müəllimin nəzərinə çatdırıblar. Polis baş leytenantı isə işdən çıxması fikrində israrlı olub. Onun bu “özbaşınalığı” MR DİN rəhbərliyinin acığına gəlib və Şirzad müəllimin şəxsi işinə “xidmətə yararsız” maddəsi yazaraq polis orqanlarından uzaqlaşdırıblar. İndi o, həmin ləkənmiş əmək kitabçası ilə Azərbaycanın digər rayonlarında da polis işləyə bilməz.
Qeyd edək ki, Şirzad bəy Polis Akademiyasının məzunudur. Onun kimi polislərin yetişməsi üçün dövlət ildə 100 min manat xərcləyir. Bu hesabla Naxçıvan DİN-in polis orqanlarından xaric etdiyi Şirzad müəllimin yetişdirilməsi dövlətə 500 min manata başa gəlib (Polis Akademiyasında təhsil 5 illikdir). İndi o da yəqin ki, digər naxçıvanlı tələbə yoldaşları kimi Bakıya gəlib “Bolt” taksi şirkətində sürücü işləyəcək. Naxçıvan xanlığının uzaqgörən siyasəti nəticəsində Bakı taksilərinin intellektual səviyyəsi yüksəldilir. Bakı sakinləri taksidən istifadə edərkən həyatlarının və təhlükəsizliklərinin Polis Akademiyası kimi ciddi qurumların yetişdirdiyi asayış keşikçilərinə həvalə olunması ilə qürur duya bilərlər. Təbii ki, Vasif Talıbovun “atalıq qayğısı” sayəsində.
Minnətdarıq, Cənab “xan”".
Dia.az olaraq məsələ ilə əlaqədar bütün maraqlı tərəflərin mövqelərini işıqlaqndırmağa hazırıq...

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru