Xəbərlər

Goranboyda vətəndaşı İNTİHAR HƏDDİNƏ ÇATDIRAN KİMDİR? - "...etdikləri cinayətləri gizlədirlər"

avq-22
15:00 2022


Goranboyda vətəndaşı İNTİHAR HƏDDİNƏ ÇATDIRAN KİMDİR? - "...etdikləri cinayətləri gizlədirlər"

Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Müraciətdə deyilir:

"Goranboy rayonu icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və ona yaxın olan icra hakimiyyətinin bir qrup əməkdaşları, təyin etdiyi Qızılhacılı qəsəbə bələdiyyə sədri Səbinə Həsənova artıq mənim canımı boazıma yığıblar, yaşamaq istəmirəm.

2020-ci ilin dekabr ayında Qızılhacılı qəsəbə bələdiyyəsinə sədr vəzivəsinə Goranboy RİH-nin icra başçısı Məhərrəm Quliyev tərəfindən təyin edilən Səbinə Həsənova vəzifəli şəxs olaraq özbaşnalıqlar edərək, bələdiyyənin təlimatına uyğun deyil, icra başçısı Məhərrəm Quliyevin tapşırığı ilə işləyir, süründürməçiliklə, ədalətsizliklə məşğuldur.

2019-cu ilin aprel ayından valideynlərimin təsərrüfatından ayrılmışam. Sabiq Qızılhacılı qəsəbə ərazi üzrə icra nümayəndəsi və sabiq bələdiyyə sədri Məzahir Allahverdiyev məni 2019-cu ilin aprel ayında aldadaraq, müəyyən vədlər vermişdilər, həyətyanı torpaq sahəsi ilə təmin etməmişdilər.

2021-ci ilin iyun ayında Qızılhacılı qəsəbə Bələdiyyə sədri Səbinə Həsənovaya mənə həyətyanı torpaq sahəsi verilməsi üçün rəsmi müraciətlər etdim, iştirakım olmadan özünə yaxın bələdiyyə üzvləri ilə birlikdə iclas təşkil etmiş, qanunsuz qərarlar çıxarmışdı.
Goranboyda vətəndaşı İNTİHAR HƏDDİNƏ ÇATDIRAN KİMDİR? - "...etdikləri cinayətləri gizlədirlər"
Bununla bağlı aidiyyatı qurumlara müraciətlər etdim, Ədliyyə nazirliyinin Regional Gəncə ədliyyə idarəsində qəbullarda oldum.

15.09.2021-ci il tarixində "qondarma çıxardığı qərarını ləğv edərək", mənə torpaq sahəsinin verilməsi üçün Sənədləşmə İşinə Başlanılması qərarını çıxarmışdı.

15.09.2021-ci il tarixində çıxardığı bu qərarı hələ də çox təəssüflər olsun ki, bu günə kimi icra etmir, sürünfürməçilik edir.

2019-cu ilin aprel ayəndan bu günə kimi vətəndaşlara verilən həyətyanı torpaq sahələrinin və elə bələdiyyə üzvləri var ki, nə səbəbə iclaslarda iştirak etməyərək iclas protokollarına imzalar etməmələrini araşdırılması üçün hüquq mühafizə orqanlarına, Bələdiyyələrlə İş Mərkəzinə dəfələrlə rəsmi qaydada yazıb, göndərsəm də bu günə kimi çox təəssüflər olsun ki, araşdırılmır, yuxarıda adlarını qeyd etdiyim vəzifəli şəxslər barəsində heç bir tədbir görülmür, etdikləri əməllərə görə məsuliyyətə cəlb edilmirlər, müəyyən maraqlara görə etdikləri cinayətləri gizlədirlər.

Yuxarıda qeyd etdiklərimə görə yaşamaq istəmirəm, artıq canım boğazıma yığılıb, mənə qarşı olunan süründürməçiliyi, ədalətsiliyi görməməyim üçün ölmək qərarına gəlmişəm".

Məsələ ilə bağlı  bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (294)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru