Xəbərlər

Qubada vətəndaş HAQQINI TƏLƏB EDİR... - QALMAQAL

sen-22
11:00 2022


Qubada vətəndaş HAQQINI TƏLƏB EDİR... - QALMAQAL

Quba sakini torpağının əlindən aldığını iddia edir.

Quba şəhər sakini Gülyaz Məmmədova Belediyye.net-ə müracət edərək torpaq sahəsinin əlindən alındığını, probleminin işıqlandırılmasını xahiş edir.

Şəhərin Cəfər Cabbarlı küçəsində yaşayan vətəndaş deyir ki, 1994-cü ildə o zaman mövcud olan Xalq Deputatlar Sovetinin qərarı ilə 100 kv-metr ərazi kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədi ilə ailəyə verilib.

Sözügedən torpaq sahəsi uzun illər onların istifadəsində olub. Şikayətçi burada mövcud olan yaşıllığı da özü saldığını, bir müddət öncə sözügedən ərazidə başqa bir vətəndaş tərəfindən tikinti işlərinə başlanıldığını deyir. Sakin iddia edir ki, torpaq sahəsi onun xəbəri olmadan bələdiyyə tərəfindən başqa vətəndaşa satılıb.

Gülyaz Məmmədova topağın həmin şəxsdən alınaraq yenidən onun ixtiyarına verilməsini istəyir.

Quba şəhər bələdiyyəsinə üz tutduq. Qurumdan bildirildi ki, torpaq sahəsi bu yaxınlarda deyil, düz 17 il öncə başqa bir vətəndaşın mülkiyyətinə verilib. Həmin vətəndaşın isə indi ərazisində tikinti işlərinə başlaması mübahisəyə səbəb olub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Oktyabr 2022 (193)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)
İyun 2022 (920)
May 2022 (863)

Рейтинг@Mail.ru