Xəbərlər

Lənkəranda daldalanmağa ağac qalmadı... - ETSN rəhbərliyinin NƏZƏRİNƏ

okt-06
15:40 2022




 

 

 

 

Lənkəranda daldalanmağa ağac qalmadı... - ETSN rəhbərliyinin NƏZƏRİNƏ

"Müasir dünyada, eləcə də Azərbaycanımızda ekologiyanın qorunması istiqamətində böyük işlər görülsə də, nədənsə dövlətin bu istiqamətdə yürütdüyü siyasət sanki Lənkəran rayonunun Girdəni kəndində bəzi "vətənpərvər, müftəxor məmur" və onlara bu işdə dəstək olan "insanlar"ın şəxsi mənfəət və mənafelərinə uyğun gəlmir". Bu barədə göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Lakin istənilən məsələdə hər bir vətəndaşın borcudur ki, yaşadığı ölkənin qanunlarına əməl etsin və təəssübünü çəksin. Belə ki, şəkillərdən də açıq-aydın gördüyünüz kimi Lənkəran-Boradigah yolunun Girdəni kəndi ərazisində asfalt yolun kənarında illər öncə əkilmiş ağacların kütləvi surətdə kəsilir. Heydər Əliyev Fondunun "hərəyə bir ağac əkək" şüarı Girdəni kəndində "hərəyə 3 ağac kəsək" şüarı ilə əvəz olunaraq bu istiqamətdə sürətlə "mühüm işlər" görülür. Hətta 30 il bundan öncə rayonda, ümumiyyətlə, qaz olmayanda qış mövsümündə evlərin qızdırılmasında odundan istifadə edilən bir dövrdə belə yolun kənarında olan bu ağaclar kəsilməsə belə hal-hazırda kimlərinsə obyekt, mağaza tikilməsi üçün çox rahatlıqla kəsilərək məhv edilir.

Məsələ ilə bağlı faktlar əsasında vətəndaş aidiyyatı orqanlara müraciət etsə də, çox təəssüflər olsun rəsmi dairədən məsələyə nə müdaxilə olunur, nə də asfaltın 1 metrliyində aparılan tikinti işləri dayandırılır. Bu gedişlə qısa zaman kəsiyində yolun kənarında 1 ağac belə salamat qalmaz. Ən pisi isə bu işlər adını belə düzgün yaza bilməyən, lakin kənddəki torpaqların satılıb alınmasında hətta aidiyyatı üzrə rayon və kənd rəsmilərinin də hesablaşdığı hansısa məxluqun əli ilə həyata keçirilir..."

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Lənkəranda daldalanmağa ağac qalmadı... - ETSN rəhbərliyinin NƏZƏRİNƏ
Lənkəranda daldalanmağa ağac qalmadı... - ETSN rəhbərliyinin NƏZƏRİNƏ

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ARXİV

Dekabr 2022 (88)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)

Рейтинг@Mail.ru