Xəbərlər

Cəlilabad rayon icra hakimiyyəti "Azərbaycan Reallığı"na etiraz edir - Şər böhtandır!

dek-05
16:20 2022




 

 

 

 

Cəlilabad rayon icra hakimiyyəti "Azərbaycan Reallığı"na etiraz edir - Şər böhtandır!zz

xeberfakt.az oxucuların nəzərinə çatdırır ki, "Azərbayca Reallığı" İnformasıya agentliyində 23. 11. 2022 tarixli Rafiq Cəlilov Cəlilabadda bazar açıb? - "İDDİA" başlıqlı yazıya sözü gedən rayonun icra hakimiyyətindən rəsmi cavab bildirilib. Qarşı tərəfin yazısını dərc etməyi özümüzə borc bildik.

Təəssüf hissi ilə bildirmək istəyirik ki, bu gün insanlara qarşı şər, böhtan kampaniyası, şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuza xələl gətirilməsi hallarına zaman-zaman sosial mediada rast gəlinir. Buna görə də internet mediada yalan və bu il ərzində bir çox gənc kadrın müvafiq vəzifələrə təyinatı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının rəsmi sosial şəbəkə hesablarında paylaşılmışdır. Dəqiq araşdırma aparılarsa təyin edilmiş kadrların içində bir çox Vətən müharibəsi əlilləri və iştirakçılarına da rast gəlinəcəkdir.

Son zamanlar rayon icra hakimiyyətinin başçısı tərəfindən təyin edilən istənilən kadr haqqında araşdırma aparıla bilər. Təyin olunmuş kadrlardan xalqa və dövlətçiliyə xidmət, həmçinin şəfafflıqdan başqa heç bir şey tələb olunmamışdır. İl ərzində dövlət qulluğunda yaş həddinə çatma və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsi ilə ərizəsinə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmiş əməkdaşlarımız olmuşdur. Lakin eyni vaxtda 7 ərazi nümayəndəsinin işdən azad olunması xəbəri həqiqəti əks etdirmir.

Demokratik cəmiyyətin ayrılmaz mexanizmlərindən olan azad medianın inkişafını daim dəstəkləməyə hazırıq, lakin internet mediada yalan və dezinformasiya xarakterli məlumatların yayılmasına media nümayəndələri yol verməməli, əksinə əsl jurnalistlik fəaliyyətini əsas götürərək belə dezinformasiyaların qarşısının alınması istiqamətində araşdırma apardıqdan sonra, həmin informasiyanı yayanlara xəbərin doğruluq payı barədə açıqlama verməlidir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

Yanvar 2023 (622)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)

Рейтинг@Mail.ru