Xəbərlər

Bərdənin bu kəndinin dərdi bitmək bilmir... - GİLEY

yan-23
17:20 2023


Bərdənin bu kəndinin dərdi bitmək bilmir... - GİLEY
Bərdə rayonunun Güloğlular kəndinin dərdi bitmir ki, bitmir...
Əksinə, danışdıqca artır deyəsən.

Bir neçə gün əvvəl Güloğlular kəndində məişət tullantılarının atılması üçün hər evdən 3 (üç) manat pul yığıldığı barəsində kənd sakininin gileyini  informasiya portalımızda yayımlamışdıq. Ardından çox qısa zaman keçmişdi ki, Güloğlular kəndinin daha bir sakini Ruhəngiz Xankişiyeva dərdini danışdı.

Xatırladaq ki, Xankişiyeva Ruhəngiz Talış qızı redaksiyamıza müraciət edərək, evinin yandığından və qışın soyuğunda övladları ilə evsiz qaldığından, dəfələrlə müraciət etməsinə baxmayaraq rayon İcra Hakimiyyətindən heç bir köməklik göstərilmədiyindən gileylənirdi.

Baxmayaraq ki, Güloğlular kənd sakinlərinin bu narazılıqları yenicə yayımlanmışdı, ardından bir də su problemi barəsində narazılıq gəldi.

Kənd sakinləri bu dəfə ilin-günün bu vaxtı suyun gün ərzində limitlə - yəni, cəmi səhər - 2, günorta - 2, axşam - 2 saat verildiyindən, sakinlərin hamısının çatdırıb ehtiyacı qədər su götürə bilməmələrindən gileyləndilər.

Onlar dedi, biz də dərc etdik. Güman edirik ki, Bərdə rayon rəhbərliyi özü məsələni diqqətə alacaq və mövcud problemlərin həlli üçün aidiyyatı üzrə tapşırıqlarını verəcəkdir.

Qeyd edək ki, "DogruXeber.az" olaraq, görüləcək işlər barəsində də redaksiyamıza məlumat verilərsə, portalımızda yayımlanacaqdır.

P.S: Qeyd edək ki, sakinlərin qeyd etdikləri problemlər barəsində mövqeyini öyrənmək üçün Bərdə rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qarayev Vahid Yaqub oğluna bir neçə dəfə zəng etdik, təəssüflər olsun ki, Vahid müəllim nə mobil, nə də iş otağının telefonlarına cavab vermədi.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

Yanvar 2023 (622)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)

Рейтинг@Mail.ru