Xəbərlər

Bakıda 3 uşağa işgəncə verən tərbiyəçi haqqında SON MƏLUMAT - VİDEO

sen-04
11:57 2018
Bakıda 3 uşağa işgəncə verən tərbiyəçi haqqında SON MƏLUMAT - VİDEO


Yasamal Rayon Məhkəməsində 3 uşağa işgəncə verən tərbiyəçinin məhkəməsi başlayır.
"Kids Studio Uşaq Mərkəzi”nin tərbiyəçisi, cinayət məcəlləsinin 133.2.1 (Əzab vermə; iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (əzab vermə; təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə təqsirləndirilən Tağıyeva Firuzə Feyruz qızının məhkəmə prosesi sentyabr ayının 11-də hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, bu ilin iyuna ayında Bakıda yerləşən "Kids Studio Uşaq Mərkəzi”nin bağçasında uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər ictimaiyyət tərəfindən böyük qınaqla qarşılanıb.
Qeyd edək ki, görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb. Görüntülər ictimailəşdikdən sonra Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri "Kids studio” uşaq bağçasında olub. "Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək.
Məlum olub ki, tərbiyəçi Tağıyeva Firuzə Feyruz qızı 3 uşağa işgəncə verib. Bundan sonra hər iki şəxs- "Kids Studio Uşaq Mərkəzi”nin müdiri Nigar Müseyibova və tərbiyəçi Firuzə Tağıyeva Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparılıb. Firuzə Tağıyevanın uşaqlara işgəncə verməsi sübuta yetirildikdən sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru