Xəbərlər

Jurnalist Peyman Sadıqovun namizədliyi qeydə alınıb.

yan-11
21:51 2020
Jurnalist Peyman Sadıqovun namizədliyi qeydə alınıb.


Tanınmış jurnalist, "Xalqxeber.Az” İnformasiya Agentliyinin Baş Redaktoru Peyman Sadıqov 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınıb. Bu haqda jurnalist Peyman Sadıqov məlumat verib. Onun sözlərinə görə, Şirvan şəhər əhalisinin bir qismi jurnalistin namizədliyinin irəli sürülməsi barədə təşəbbüsü ondan xahiş ediblər. Peyman Sadıqov açıqlamasında deyib ki, Şirvanlıların onu deputat görmək istəyib-istəməməsi onun üçün həddindən artıq vacib idi. Çünki daim Şirvanda sosial problemlərlə maraqlanmışam və çatışmamazlıqların aradan qaldırılması istiqamətində əlimdən gələni əsirgəməmişəm. Şirvanda şəhid ailələrinin, Qarabağ əlillərinin xüsusəndə məcburi köçkünlərin bütün çətinliklərində yanında olmaqla yanaşı onların sosial problemlərinin həll olunmasına köməklik göstərmişəm. Uzun müddət ölkənin tanınmış qəzet və jurnallarında hətta informasiya agentliklərində müxtəlif vəzifələrdə çalışmış Peyman Sadıqov həm bir jurnalist, yazar və ölkə başçısının "Gənclər seçkilərə fəal qoşulsunlar, yeni simalar, yeni ideyalar lazımdır" sözlərindən ilham alaraq, namizədliyini irəli sürmüş gənc kimi dairənin sosial problemlərindən xəbərdar olduğunu deyir: "İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm. Çalışmışam ki, hamının işinə yarayım. Deputat seçilsəm xalqa, seçicilərimə xidmət göstərmək üçün daha çox səlahiyyətim olacaq”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (294)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru