Xəbərlər

Azərbaycanda məhbusların koronavirusa yoluxması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

mar-26
09:20 2020
Azərbaycanda məhbusların koronavirusa yoluxması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMAPenitensiar Xidmət penitensiar müəssisələrdə məhbusların koronavirusa yoluxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Bu, tamamilə yalan məlumatlardı. Penitensiar müəssisələrdə əvvəllər biz bildirdiyimiz kimi, kompleks tədbirlər, proflaktik tədbirlər, marifləndirici tədbirlər həyata keçiririk. Bir sözlə, biz müəsissələrdə bütün tədbirləri davam etdiririk. Koronavirusla bağlı hər hansı bir, hətta ehtimal olunan belə bir hal baş verməyib. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində, son günlər ərzində ümumiyyətlə həkimlərə müraciət halları demək olar ki, minumuma endirilib. Yəni bütün bu məsələlər tam ciddi nəzarət altındadır. Hətta bizim hər bir əməkdaşımız xidmətə çıxanda nəzarət buraxılış məntəqəsində yoxlanılır. Onlar işə qoruyucu maskalarla gəlirlər, hərarətləri ölçülür. Bütün lazimi tədbirlər həyata keçirilir və belə də davam etdirilir. Çox şükürlər olsun ki, bununla bağlı hər hansı ciddi problemimiz yoxdur", - deyə M.Sadıqov qeyd edib. // Report

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ARXİV

Dekabr 2022 (55)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)

Рейтинг@Mail.ru