Sabir Rüstəmxanlı: "Kür çayının kənardakı göllərin, nohurların hamısı bağlanmalıdır"

apr-07
19:20 2021

"Kürün suyunun böhran səviyyəsində azalması, hər yerdə çay yatağının boşalması və Xəzərin şor sularının çay yatağını dolduraraq bütün Neftçala ərazisini ötüb Salyana çatması, taleyi bu çaya bağlı olan on minlərlə əkinçinin, heyvandarın çıxılmaz vəziyyətə düşməsi, şor sularla suvarılan torpaqların şorlaşması, bütünlüklə Neftçala rayonunun maşınla daşınan suyun ümidinə qalması barədə düz bir il bundan öncə həyəcan təbili çalmışdıq. Sosial mediada bu barədə həyəcanlı yazılar yazılıb, Mili Məclisin yığıncaqlarında vəziyyətin ciddiliyi nəzərə çatdırılıb. Yay aylarında əhalinin içməli suya olan ehtiyacı su maşınları vasitəsiylə qismən olsa da ödənilib. Neftçala şəhərinə çoxdan planlaşdırılan içməli su kəməri çəkilib Noyabr ayında istifadəyə verilib. Yaz gəlib, Kürün durumu keçən ilkindəkindən də ağırdır. Sahillərini dağıdan çaydan geniş yatağın bir küncünə qısılmış və görkəmi ürək ağrıdan arx qalıb. Dənizin şor suyu çayı doldurub və çay yatağı ilə irəliləyir; yenə gəlib Salyan ərazisinə çatmaqdadır. Hər gün Neftçala rayonundan telefon zəngləri gəlir".

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.


"İstər-istəməz o vaxt bu məsələnin rəsmi orqanlarda müzakirəsini, verilən vədləri xatırlamalı olursan. Bir il əvvəl biz Kürün deltasında cənub istiqamətinin şimala doğru dəyişdirilməsinin doğru olmadığını və dəniz suyunun çay yatağına müqavimətsiz axınına şərait yaratdığını qeyd etmişdik. Bu, həm də Kürün təbiətini yaxşı bilən insanların fikri idi. Təəssüf ki, bu təklifə heç bir reaksiya olmadı. İkinci təklifimiz yenə yerli əhalidən gəlirdi: Kürün dənizə töküldüyü yerə bənd çəkmək. Bu da qulaqardına vuruldu. Cavab belə oldu ki, həm Kürün suyunun azalması, həm aran rayonlarımızın su probleminin həlli ilə bağlı kompleks tədbirlər hazırlanır. Mən bu cavabın məsələnin məsuliyyətini dərk edən bir yüksək vəzifə sahibi tərəfindən verildiyini nəzərə alaraq ümid edirəm ki, doğurdan da Azərbaycanın su probleminin kompleks şəkildə həlli ilə məşğuldular. Ancaq görünən də budur ki, il dolanıb keçdi, Kür daha sürətlə quruyur, hətta qışda və qarların əridiyi indiki vaxtda da suyu axmır, deməli, görülən işin bir nəticəsi yoxdur. Çarəsiz qalan kənd əhalisi, hətta bu ərazidən axan böyük kollektor kanalının suyundan da istifadə edir. Bunun nə qədər təhlükəli olduğunu deməyə ehtiyac yoxdur. Qarşıda bizi isti aylar gözləyir. İndidən Kürün dərdinə çarə tapılmalıdır. Kürün xilasıyla bağlı nə işlər görülür, hansı proqram hazırlanır? Azərbaycanın aran rayonlarında əhaləni çirkli kanal suyu içməkdən nə vaxt bütövlüklə xilas edə biləcəyik? 50 ildən sonra Azərbaycanın içməli suya olan ehtiyacı nə qədər artacaq və bunu hansı yollarla təmin edə biləcəyik? Bunlar çox ciddi suallardır. Bu məsələlər haqqında düşünərkən kabinet mütəxəssisləri ilə yanaşı, o bölgələrdə yaşayan insanların da fikirləri nəzərə alınmalıdır. Ötən il verilən iki təklif Kürün dənizə töküldüyü yerdə istiqamətli köhnə yatağa qaytarmaq və dəniz suyunun qarşısına bənd çəkmək yenə də qüvvədə qalır. Başqa təkliflər də var, bilirik ki, kənd təsəruffatı və əkinçilik inkişaf elədikcə suya tələbat artır. Kür üstündə tikilmiş su ayrıclarının sayını bilmirik. Amma hər ayrıc-nasosxana Kürdən balaca bir çayın suyunu götürür və bu su köhnə qayda ilə taxıl və pambıq tarlalarına, həyətlərə axıdılır. Görünür bu köhnə suvarma sistemindən imtina etməyin və suyu daha qənaətlə işlədən yeni suvarma üsullarına keçməyin vaxtı çatmışdır. Bu yolla su israfçılığını yarıya qədər azaltmaq olar. İkinci çox ciddi məsələ Kür boyu çayın suyunu gecə-gündüz sümürən balıq nohurlarıdır. Ərköyün balıqlar yalnız şirin su içmək istəyir və onun dayanmadan təzələnməsini tələb edirlər. Bu göllərin, nohurların hamısı bağlanmalıdır. Kimlərə aid olduğu nəzərə alınmadan! Xalq nohur balığı olmadan da yaşaya bilər, amma susuz yaşaya bilməz! Gənclik illərimdə Azərbaycanda yarana biləcək su qıtlığı barədə çox düşünür və hətta xəyali layihələr də qururdum. Bunun biri – dəniz suyunun duzsuzlaşdırılması, çox xərc aparsa da, amma hər halda fantastik deyil; dünya təcrübəsində geniş yayılıb. Yadımda qalan ikinci layihə Volqanın Xəzərə töküldüyü yerdən azərbayacana su kanalının çəkilməsi Qobustan vadilərində Ceyranbatan su tutarına bənzər anbarların yaradılması idi. O vaxt bir dövlətin tərkibində idik və bəlkə də belə bir təklif təəccüblə qarşılanmazdı. İndi bu məsələ reallıqdan uzaq görünür. Amma hər halda dünyanı hörümçək toru kimi bürüyən nəhəng neft, qaz kəmərləri ilə yanaşı Volqanın və ya Ural çayının deltalarndan Bakıya uzanan iri bir su kəmərini təsəvvür etmək də fantastika deyil. Sadəcə, ölkələrarası razılaşma əldə edilməlidir. Amma bunlar gələcəyin işidir. Bu gün isə Kürü xilas etmək haqqında düşünməliyik. Çünki Kürün taleyi çay boyu yaşayan yüz nminlərlə insanın taleyidir..." - S.Rüstəmxanlı qeyd edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

ARXİV

Aprel 2021 (416)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)
Noyabr 2020 (586)

Рейтинг@Mail.ru