Deputatdan daha bir açıqlama: "Nə edək, polisin yanından keçəndə, "bismillah" deyək?!"

avq-03
17:48 2021

"Polis kim idi, deputata desin ki, sən səlahiyyətlərini aşmısan, ya aşmamısan?! Polisin borcu idi ki, o, ali hakimiyyət orqanının nümayəndəsi olan deputatın tələbi ilə məkanı tərk etsin və yuxarı orqanlara hadisə barədə məlumat versin".

Bunu Xeberfakt.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, deputatın səlahiyyətinə qiymət vermək polisin işi deyil: "Mən Baş Prokurorun deputat Eldəniz Səlimovla bağlı təqdimatının müzakirəsinin tərəfdarı olmuşam. Sadəcə olaraq, qeyd edirəm ki, Milli Məclisin İntizam Komissiyasının rəyində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi yoxdur. Əksinə, xəsarət yetirmə maddəsi qeyd olunub. Əgər doğrudan da belədirsə, elə deputat barədə İntizam Komissiyasının rəyində də qeyd olunan bu maddə ilə qərar qəbul edilsin. Deputatın polis nəfərinə xəsarət yetirməsi faktla sübut olunur. Axı 309.2 maddəsinin faktı yoxdur. Yəni, mən deputatı müdafiə etmirəm, sadəcə, barəsində etdiyi əmələ uyğun tədbir görülməsini bildirirəm. Millət vəkilinin kiməsə xəsarət yetirməsi onun səlahiyyətlərini aşması mənasına gəlmir. Qoy, elə xəsarət yetirdiyinə görə uyğun cəza tətbiq edilsin, mühakimə edilsin. İkincisi isə, qeydiyyat işçisinin gecə vaxtı orada nə işi var?! Yəni, bu polis nəfəri post-patrul deyil, həmin məkana təhkim olunmayıb. Təkcə polislər deyil, bütün orqan işçiləri deputatın səlahiyyətlərini yerinə yetirməsinə mane ola bilməzlər. Əks halda, həmin şəxslər cəzalana bilərlər. Bir halda ki, Eldəniz Səlimovun deputat səlahiyyətlərini aşdığı vurğulanır, deməli, millət vəkili həmin vaxt vəzifəsini icra edirmiş. Yəni, belə olmasaydı, deyərdilər ki, deputat səlahiyyətindən kənar işlər görüb. Misal üçün, maşını sürmədən sürət həddini necə aşmaq olar? Mümkün deyil. Baş Prokurorluq da Eldəniz Səlimovu deputat səlahiyyətlərini aşdığına görə ittiham edirsə, deməli, polis həmin vaxt deputatın işinə mane ola bilməzdi. Orda polis kim idi deputata desin ki, sən səlahiyyətlərini aşmısan, ya aşmamısan? Polisin borcu idi ki, o, ali hakimiyyət orqanının nümayəndəsi olan deputatın tələbi ilə məkanı tərk etsin və yuxarı orqanlara hadisə barədə məlumat versin. Deyirlər ki, onsuz da deputat saxta yolla Milli Məclisə seçilib. Dəxli yoxdur, bu şəxs xalqı təmsil edirsə, onu bu qədər kiçiltmək olmaz. Nə edək, polisin yanından keçəndə "bismillah" deyək?! Deputatın daha nə hörməti qaldı ki?! Təkrar edirəm, Eldəniz Səlimov törətdiyi əmələ uyğun məsuliyyət daşımalıdır. Nə qədər ki, gec deyil məsələyə İntizam Komissiyasının rəyində də qeyd olunan "xəsarət yetirmə" maddəsi ilə baxılsın. Həmçinin qanunla iki şəxs arasında barışıq da əldə oluna bilər. Onu da qeyd edim ki, mənim Eldəniz Səlimovla əlaqəm yoxdur. Ömrümdə bəlkə 1-2 dəfə salamlaşmışıq, ya yox. Yəni, burada söhbət deputat statusundan gedir".

T.Kərimli həmçinin polislərlə bağlı aldığı şikayətlər barədə də münasibət bildirib. Qeyd edib ki, belə müraciətlərlə bağlı yerli hakimiyyət orqanlarına, Daxili İşlər Nazirliyinə şəxsən dəfələrlə müraciət ünvanlayıb: "Cənab nazirdən məsələ ilə bağlı cavab almışam. Müvafiq qaydada mövzu ətrafında söhbətlər aparılıb".

Qeyd: Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib. Bu barədə parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib. E.Səlimov daha sonra saxlanılıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

Sentyabr 2021 (465)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)
Aprel 2021 (727)

Рейтинг@Mail.ru