“Şuşa-Xankəndi yolunun yarısına qədər olan ərazilərə nəzarət edirik” - BU DA AZDIR... TAM DEYİL AXI...

avq-25
17:53 2021


“Laçın dəhlizindən Xankəndinin girişinə qədər olan ərazilərə nəzarətimiz tam təmin olunub. Bu məlumatı indi aldım”.
Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev özünün “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Laçın dəhlizinin bağlanmasına dair ermənilərin narahatlığı da bu nəzarətdən qaynaqlanır və əsassız deyil.

Məsələ ilə bağlı daha ətraflı məlumat almaq üçün Ə.Verdiyevlə əlaqə saxladıq. O, “Sherg.az”a bunları söylədi:

“Laçın dəhlizi artıq Ermənistan ilə rusların nəzarətində olan və Azərbaycan ərazilərini birləşdirən yeganə yoldur. Burada baş verən proseslər hər bir vətəndaşımız üçün çox vacibdir. Ümumiyyətlə, Laçın dəhlizi həssas bir mövzudur. Odur ki, artıq Azərbaycan Ordusu bu dəhliz ətrafında olan mövqelərini kifayət qədər möhkəmləndirib, onların mühəndis təminatını həyata keçirib və Azərbaycan son aylarda bu mövqelərini mümkün olduğu qədər irəli çəkib. Yəni Ermənistan tərəfindən Qarabağa daxil olan yüklərin, maşınların, o cümlədən buranı tərk edən vasitələri izləmək üçün geniş imkanlar əldə edib.

Bu imkanlarımız həm Şuşa şəhərinin Laçın-Turşsu istiqamətində, həm də Şuşa-Xankəndi istiqamətində həyata keçirilib.

Şuşa-Xankəndi yolunun yarısına qədər olan ərazilərə tam şəkildə nəzarət etdiyimizi deyə bilərəm. Nəzarət funksiyalarını həyata keçirmək üçün ordumuzun müşahidə məntəqləri və bu məntəqələrə yerləşdirdiyimiz texniki kəşfiyyatdan istifadə edirik. Bu texniki kəşfiyyat vasitələri arasında elektron optik sistemlər də mövcuddur.

Hazırda Azərbaycan nəinki Şuşa şəhərindən Xankəndini, hətta Xankəndidən sonrakı yaşayış məntəqələri ərazisində birbaşa görüntü sahəsində olan fəaliyyətləri tam şəkildə izləyə bilir”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Dekabr 2021 (98)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)
İyul 2021 (642)

Рейтинг@Mail.ru