Bilik Gününün tarixi dəyişdirilməyib

sen-14
18:43 2021

Pandemiya şəraiti ilə əlaqədar Azərbaycanda yeni tədris ilinin başlama tarixi dəyişdirilsə də, Bilik Günü ənənəvi qaydada sentybarın 15-də qeyd olunacaq.

Report-un rəsmi qurumlardan əldə etdiyi məlumata görə, sabah Bilik Günü ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək, yeni məktəblərin açılışı nəzərdə tutulub.

Pandemiyaya görə tədbirlər məhdud çərçivədə keçiriləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.

Pandemiya şəraiti ilə əlaqədar Azərbaycanda 2021/2022-ci tədris ilinin başlama tarixi dəyişdirilib. Belə ki, ölkədə aşağı siniflər üçün dərslər sentyabrın 22-də, ali təhsil və orta ixtisas təhsil müəssisələrində isə sentyabrın 29-da başlayacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

Sentyabr 2021 (465)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)
Aprel 2021 (727)

Рейтинг@Mail.ru