Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə.

okt-13
09:39 2021

21-ci müraciət. Çox hörmətli Prezident!

​ ​ ​ ​ Mən təəssüf hissi keçirirəm ki, mənim 20-ci müraciətimə də cavab gəlmədi. İndi qəti qərara gəldim ki, bütün bunlar prezident aparatının bir qrup işçilərinin məsuliyyətsizliyindən və Emin Əmrullayev başda olmaqla Azərbaycan respublikası təhsil nazirliyinin ədalətsiz, rüşvətxor, savadsız, başıboş, yerində olmayan rəsmilərinin günahı ucbatındadır. Mən belə düşünürəm ki, Emin Əmrullayev öz komanda üzvləri ilə birgə xalqı və milləti barmağına dolayıblar. Özlərini ​ biabır ediblər. Artıq cəmiyyətdə çirkin əməllərinə görə ifşa olunublar. Çünki, bunu hamı görür. Atalar sözüdür “ El gözü tərəzidir”. Bunlar özlərini elə aparırlar ki, guya ölkədə bunlardan böyük, bunlardan güclü adam yoxdur. Amma bir şeyi​ dərk etmirlər ki, ay bədbəxtlər ölkədə hamıdan güclü və hamıdan böyük yalnız prezident İlham Əliyevdir. Siz bu gün prezidenti aldatmaqla və ona yalan danışmaqla ​ heç nəyə nail olmayacaqsınız. Mən bir şeyi yəqin bilirəm ki, məni və Valeh müəllimi, yəni iki əməkdar müəllimi, 2 ictimai xadimi, 2 dövlət nümayəndəsini, 65 yaşı bəhanə edib nazirliyin öz əmrinin ziddinə gedərək işdən uzaqlaşdırılmasını prezident sizə bağışlamayacaq. Gec-tez bu məsələnin üstü açılacaq. Yazıqsınız, nə qədər ki bu məsələni Prezidentdən gizlətmisiniz bəri başdan səhvinizi düzəldin, məni və Valeh müəllimi işimizə qaytarın. Çünki prezident bunu bilən kimi sizi ciddi şəkildə cəzalandıracaqdır. Adamda abır-həya yaxşı şeydir. Sizdə bu yoxdur. Yaxşı necə olur ki, Gəncədə 3 əməkdar müəllimdən bizim ikimizi çıxardıb, ancaq bizdən qat-qat aşağı oğlan üçüncü məktəb direktoru Bəhram Imranovu işdə saxlayırsınız? Çünki, bizim pulumuz və adamımız yoxdur. Ayıb deyil? Xəcalət çəkmirsiniz? Hələ utanmırsınız, öz çirkin əməllərinizə don geyindirirsiniz. Emin Əmrullayev bir gün səndən cənab Prezident soruşacaq: “Niyə Azərbaycan təhsilini bu günə qoymusan? Niyə bu təhsili dağıtmısan? Niyə imkan verirsən ki, Gəncə təhsilində savadsız, dələduz, cinayətkar, antipot, ən nəhayət SOROS-a xidmət edən və Gəncə təhsilini rüşvət mənbəyinə çevirən Anar Qədiməliyev şəhərdə at oynatsın. Kimdir bu adamın havadarları? Kimdir bunu müdafiə edənlər? Kimdir bunun arxasında duranlar?” ​ Bütün bu suallara, Emin Əmrullayev, sən cavab verəcəksən. Ona görə ki birləşib mən və Valeh müəllim kimi qabiliyyətliliyi, işgüzar, qabaqcıl, təcrübəli təhsil işçilərini düşünülmüş formada işdən çıxartdınız. Hansı ki, bizim hər ikimiz barədə 8 saylı Ərazi Maliyyə idarəsinin rəisi Fəraid Qəhrəmanov və təhsil idarəsinin müdirini müvəqqəti əvəz edən İqbal Kərimov bizim barədə yüksək rəy vermişdir. ​ Siz isə, qaydaları pozaraq buna da əməl etmədiniz. Çünki, sizlərə bizim kimi adamlar sərf etmir. İşlədiyi 1 il müddət ərzində Anar Qədiməliyevin özünü necə aparmasından,onun necə mənfur hərəkətlərindən, törətdiyi qeyri-qanuni əməllərdən guya xəbəriniz yoxdur? Əlbəttə var. Sadəcə olaraq özü başda olmaqla, nazir müavini Muxtar Məmmədov,müxalifətçi Orxan Abbasov,Eşqi Bağırov,Rəşad Xanlarov bunları dövlət başçısından gizlədirsiniz. Dərk etmirsiniz ki,siz risk edirsiniz pul sizin gözlərinizi tutub. Emin Əmrullayev, bir şeyi bilməlisən ki, Anar Qədiməliyev öz sərsəm hərəkətləri ilə özünü yox, sizi pis vəziyyətə salıb. Sizin üçün əlavə problemlər yaradıb. Bu minvalla ölkədə 300-ə yaxın məktəb direktorlarını,o cümlədən,təkcə Kəlbəcərdə 69,80,100, nömrəli məktəblərin direktorlarını, qonşu Göygöl, Samux, Şəmkir məktəblərinin neçə-neçə direktorlarını hansısa qaranlıq yollarla neçə illərdi saxlamısınız. Deməli, onlara olar bizə yox. Məni qəbul edin bütün faktları bir-bir sizə sadalayım. Bəsdirin dayanın işləmək istəyirsinizsə, adam kimi işləyin. Yox, işləmək istəmirsinizsə vaxtında rədd olun gedin. Xalqın canı sizdən qurtarsın.

​ ​ ​ ​ ​ ​ Cənab prezident bir daha sizdən xahiş edirəm ki, təhsil ölkənin ən vacib məsələsidir. Odur ki, Emin Əmrullayev ve onun əlaltıları barədə ən ciddi ölçü götürəsiniz. Təhsil millətin gələcəyidir. Əgər istəyirsinizsə, Azərbaycan təhsilinin gələcəyi inkişaf etdirilib, çiçəklənsin ən yaxın vaxtlarda qısa zaman kəsiyində Emin Əmrullayev və onun komandası təcili olaraq təhsil sahəsindən uzaqlaşdırılmalıdır. İnandırıram ki, sizin atılacaq bu müsbət addımınız bütün Azərbaycan xalqının ürəyincə olacaq. Cənab Prezident bəri başdan sizi bağrıma basıb öpürəm və sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.



Hörmətlə Həsənov İlham Musa oğlu

Əməkdar müəllim, İctimai xadim, 8 şeir kitabının müəllifi,

Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü,

1995-ci ildən YAP-ın üzvü,” Qızıl Qələm” lauriyatı və Prezident mükafatçısı.

Əlaqə nömrəsi​ ​050 333 40 27

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ARXİV

Oktyabr 2021 (367)
Sentyabr 2021 (641)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)

Рейтинг@Mail.ru