ASCO-nun gəmi təmiri zavodlarında ötən il 100-dən çox gəmi təmir olunub

yan-13
14:03 2022

2021-ci il ərzində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) və “Bibiheybət” Gəmi Təmiri Zavodunda (BGTZ) ümumilikdə 106 müxtəlif tipli gəmi təmir olunub. Təmir olunan gəmilərdən 40-ı “Zığ” GTTZ-nin, 66-sı “Bibiheybət”GTZ-nin payına düşüb.

Ötən il “Zığ” GTTZ-də təmirə dayanan gəmilərdən 9-u əsaslı, 18-i tərsanə, 13-ü cari təmir edilib. Bunlardan 33-ü ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına, 2-si İstehsalat Xidmətləri İdarəsinə, 3-ü Xəzər Dəniz Neft Donanmasına, 2-si isə kənar təşkilatlara aid olub.

“Bibiheybət” GTZ-də təmirə dayanan gəmilərdən 18-i əsaslı, 35-i tərsanə, 13-ü cari təmir olunub. Bu üzən vasitələrin 61-i ASCO-nun Xəzər Dəniz Neft Donanmasına, 5-i isə kənar təşkilatlara aiddir.

Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata keçirilib.

Qeyd edək ki, ASCO-nun həm “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, həm də “Bibiheybət” Gəmi Təmiri Zavodu geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Zavodların əsas fəaliyyət istiqaməti gəmiləri və texniki avadanlıqları təmir etməkdən və sifarişlər əsasında gəmilər üçün müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir.
seanews.az/

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (517)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru