Xəbərlər

Tağıyevin heykəlini zədələyənlər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib

yan-21
17:27 2022

Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlini zədələməkdə təqsirləndirilən Vüqar Tağızadə və Allahverdi Məmmədli barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

APA xəbər verir ki, bununla bağlı Səbail rayon Məhkəməsində keçirilən prosesdə qərar çıxarılıb. Hər iki şəxs sərbəst buraxılıb və polisin nəzarətinə verilib.
Qeyd edək ki, yanvarın 18-də Hacı Zeynalabdin Tağıyevin Bakıda qoyulmuş heykəli gecə saatlarında zədələnib. Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli ilə müəyyən olunaraq saxlanılıb.

Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.

Heykəltəraş hadisə yerinə dəvət olunub və heykəl bərpa edilib. Abidənin üzərindən qoparılan element yerinə qoyulub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (362)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru