Xəbərlər

Ağdama ilk avtobus reysinə bilet satışı davam edir - YENİLƏNİB

yan-23
15:29 2022

Sabah Ağdama təşkil olunacaq avtobus reysinə boş yerlər qalır.

Xeberfakt.az-ın məlumatına görə, bileti https://yolumuzqarabaga.az/ saytından almaq olar.

Sabah Ağdama təşkil olunacaq avtobus reysinə boş yerlər qalır.

Yanvarın 24-dən etibarən Bakı-Ağdam istiqamətində şəhərlərarası müntəzəm avtobus marşrutları fəaliyyətə başlayacaq.

Avtobus reysləri turizm məqsədli yox, ziyarət məqsədlidir. Vətəndaşlar bu avtobus reyslərindən istifadə edərək, işğaldan azad olunmuş ərazilərə gedib orada qədim yurd yerlərimizi, 30 ilə yaxın törədilən erməni barbarlığını, qəhrəman Azərbaycan əsgərinin qazandığı Şanlı Qələbədən sonra həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərini öz gözləri ilə görə bilərlər.

Marşrut xətlərinə bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı (https://yolumuzqarabaga.az/) vasitəsilə həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.

Bakı-Ağdam marşrutunun birtərəfli qiyməti 9,40, Bərdə-Ağdam marşrutunun qiyməti isə 5 manatdır. Yerlər məhduddur.

Sistemdə vətəndaşlar “ASAN login” sistemi vasitəsilə qeydiyyatdan keçdikdən sonra bilet alışı üçün istiqamət seçimi edir, səfər tarixini seçir və səfərdə neçə nəfərin iştirak edəcəyini müəyyənləşdirir. Bundan sonra vətəndaşlar mövcud reyslərdən hər hansı birini seçərək, növbəti səhifəyə yönləndirilir. Növbəti səhifədə, vətəndaş mail ünvanını, şəxsiyyət vəsiqəsinin seriyasını, fərdi identifikasiya nömrəsini və mobil nömrəsini daxil edir. Bu zaman, şəxsin məlumatları müvafiq informasiya sistemlərindən yoxlanılır, şəxsin şəhid ailəsi olub-olmaması, eyni zamanda, COVID-19 vaksin və ya immunitet məlumatları yoxlanılır. Növbəti səhifədə, vətəndaş nəqliyyat vasitəsinin məlumatları və hazırda aktiv və alınmış yerlərlə tanış olur. Aktiv yerlərdən birinin üzərinə klikləyərək, səfər edəcək şəxsləri seçir. Növbəti səhifədə seçilmiş məlumatlarla tanış olduqdan sonra, ödəniş mərhələsinə keçid edilir. Ödənişlər “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilir. Ödəniş uğurlu olduqdan sonra vətəndaş portala yönləndirilir və bilet məlumatları ilə tanış olur. Bilet məlumatları həm endirilə, həm də çap edilə bilər.

Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir.//APA

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru