Baş Prokurorluq: Qanunla qadağan edilmiş informasiya yayan sosial media istifadəçisi bir ay müddətinə həbs olunub

Yeniavaz.az” portalının feysbukdakı səhifəsində qanunla qadağan edilmiş informasiya yayan sosial media istifadəçisi Namiq Əliyev inzibati məsuliyyətə cəlb olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə o, bir ay müddətinə həbs edilib.
Eyni zamanda, həmin informasiyanın internet informasiya ehtiyatından götürülməsi üçün qanunla nəzərdə tutulan tədbiri görməmiş saytın fəaliyyətinə cavabdeh hüquqi şəxs “Azərmedia” MMC barəsində inzibati icraat başlanılaraq Nəsimi Rayon Məhkəməsinə göndərilib.
⚏OXŞAR XƏBƏRLƏR