Xəbərlər

Sabiq icra başçısı 4 il azadlıqdan məhrum edildi

yan-31
17:23 2022
Sabiq icra başçısı 4 il azadlıqdan məhrum edildi
Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Əli Rüstəmov və Razin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

virtualaz.org-un xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı edib. Vəkillər çıxışlarında müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər. M.Mustafayevin vəkili çıxışında hökm qəbul edərkən müvəkkilinin Gəncədə görülən işlərdə mühüm rolu olduğunu həmçinin xəstəliyinin nəzərə alınmaması xahiş edib. Təqsirləndirlilən şəxslər də son sözlərində məhkəmədən bəraət istəyiblər.

Prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslər Məharət Musayev və Əli Rüstəmov 4 il azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirli bilinərək barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Razin Qəhrəmanov isə 10 min manat cərimə edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunublar. Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərini aşma), 178.3.2-ci (dələduzluq), 178.2.4, 178.2.2, 178.2.3-cü, 311.3.1-ci (rüşvət alma), 311.3.1, 311.3.2, 312.2-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə yekun ittiham verilib.

virtualaz.org

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (294)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru