Xəbərlər

Novruz bayramı münasibətilə Lənkəranda şəhid ailələri ziyarət olunub

mar-21
18:44 2022

Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, teatrın aparıcı səhnə ustası, Xalq artisti, Prezident təqüdçüsü Qabil Quliyev, teatr həmkarlar ittifaqı təşkilatının sədri Miraslan Ağayev, teatrın aparıcı aktyoru Allahverən Babayev və Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin (AVMVİB) Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostuyev Novruz bayramı ilə əlaqədar torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş lənkəranlı şəhidlər Mirxəyal Valeh oğlu Kərimzadə və Elnur Gəgiş oğlu Talıbovun ailələrinə baş çəkiblər.

Xeberfakt.az bildirir ki, görüş zamanı T.Heydərov teatrın kollektivi adından şəhidlərin ailə üzvlərini Novruz bayramı münasibətilə təbrik edərək, onların qayğı və istəkləri ilə maraqlanıb, dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğunu bildirib.

Qeyd olunub ki, bir neçə müddət əvvəl Lənkəran teatrında baş rejissor Anar Babalının müəllifi olduğu və quruluş verdiyi “Haqqın 44 günü” adlı tamaşanın premyerası keçirilib. Bu səhnə əsəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində hazırlanıb. Vətən müharibəsində 44 gün ərzində qazanılmış böyük zəfərimizin qəhrəmanlıq dastanı kimi təqdim olunduğu tamaşada birinci və ikinci Qarabağ müharibəsində baş verən hadisələr, xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə əksini tapıb.

O da vurğulanıb ki, tamaşada həmçinin müharibələrin xalqların taleyində, gündəlik həyat və məişətində yaratdığı çətinliklərdən, ağrı-acılardan da bəhs olunur. Amma bütün bunlara baxmayaraq Müzəffər Ordumuz özünün yüksək əhval-ruhiyyəsi ilə əzmkarlıq nümayiş etdirərək 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızı cəmi 44 gün müddətində düşmən tapdağından xilas edərək üzərinə düşən missiyanın öhdəsindən ləyaqətlə gəlib.
Teatrın rəhbəri şəhid ailələrini “Haqqın 44 günü” tamaşasına baxmağa dəvət edərək "Şuşa ili" çərçivəsində bu səhnə əsərinin respublikamızın digər bölgələrində də nümayiş olunacağını bildirib.

Şəhid ailələri öz növbələrində Vətən müharibəsində qazanılan qələbənin xalqımıza böyük sevinc yaşatdığını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü çatdırıblar.


Ağaddin BABAYEV

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru