Xəbərlər

Yağış, külək, 25 dərəcə isti - Bu günün havası

may-04
11:00 2022
Azərbaycanda bu günə gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, səhər havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 10-13° isti, gündüz 17-20° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 9-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru