Xəbərlər

Əlilliyin təyini qaydaları dəyişəcək - VİDEO

may-07
17:40 2022
Bu ilin iyul ayının 1-dən etibarən Azərbaycanda əlillik dərəcəsinin təyini qaydaları dəyişdirilir. Yeni qaydalar Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş sərəncama əsasən həyata keçiriləcək.
 
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza Xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib ki, yeni qaydalara əsasən, diaqnozla yanaşı, əlilliyi təyin edilən şəxsin həyat fəaliyyətinin 7 əsas müxtəlif kriteriyalarının pozulma dərəcələri də qiymətləndiriləcək.
 
Yeni qaydalar Vətən müharibəsi əlillərinin də əlillik dərəcəsinin təyinatında keçərli olacaq. Yeni qaydaların bu vaxta kimi əvvəlki qaydalarla əlillik dərəcəsi alan şəxslərə şamil edilib-edilməyəcəyinə gəlincə, İlkin Yusifov deyib ki, bu qayda həmin şəxslərə əlillik müddəti başa çatanda şamil ediləcək.
 
İlkin Yusifov onu da qeyd edib ki, 2021 ci il ərzində ümumilikdə 61 min 847 nəfərə əlillik təyin edilib. Bu ilin 1-ci rübündə isə əlillik təyin ounan şəxslərin sayı 6955 nəfər olub.
 
Postmüharibə dövründən indiyə kimi isə 2867 Vətən müharibəsi iştirakçısına əlillik təyin edilib.
 


Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru