Xəbərlər

Xumar balanı xilas edə bilmədiyim üçün çox üzgünəm - Gömrükçü

may-13
09:40 2022
İntihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan gömrükçü evə buraxılıb. 
 
37 yaşlı Zahid Niyazov bununla bağlı "Facebook" hesabında məlumat paylaşıb.
 
O qeyd edib ki, müalicəsini ev şəraitində davam etdirir:
 
“Artıq hər şey yaxşılaşıb. Sağlamlığıma qovuşduğuma görə əziyyəti keçən hər kəsə - Dövlət Gömrük Komitəsinin sədiri Səfər Mehdiyevə, Mərkəzi Gömrük Hospitalının rəhbərliyinə və həkim kollektivinə, bir gün belə məni diqqətdən kənar qoymayan Hava Nəqliyyatında Baş Gömrük İdrəsinin rəisi, gömrük xidməti polkovniki Mehman Sadıqova və şəxsi heyyətinə, Baş Gömrük mühafizə xidmətinin rəhbərliyinə və şəxsi heyətinə, Gömrük Sərhəd Buraxılış Məntəqlərinin İşinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Bəhruz Quliyevə və əziyyəti keçən hər kəsə minnətdaram.
 
Allah hamınızdan razı olsun! Vəziyyətimlə maraqlanan hər kəsə təşəkkür edirəm. Çəkdiyim ağrı-acıya görə peşman deyiləm. Əfsuslar olsun ki, 17 yaşlı Xumar balanı xilas edə bilmədim. Buna görə çox üzülürəm, məyusam. Xumar balanın valideynlərinə başsağlığı verirəm. Allahdan o gözəl balamıza rəhmət diləyirəm”.
 
Xatırladaq ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışarkən ağır xəsarətlər alıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru