Xəbərlər

Sabahın havası - 31 dərəcə isti

may-14
13:40 2022
Mayın 15-nə gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65% olacaq.
 
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 26-31° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru