Gəncə şəhərində avtoxuliqanlara cəza tədbiri görülmür... - FOTOLAR
Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi kobud şəkildə pozan və bununla da vətəndaşların narazılığına səbəb olan sürücülər haqqında cəza tədbiri görmürlər.
Belə ki, ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərində, "Qarabağ Qazisi" adı altında avtoxuliqanlıq edən vəzifəli şəxslərin övladları, həmcinin qövlət orqanında işləyən şəxslər, habelə qazi olanlar var.
Adı çəkilən avtoxuliqanlar bir çoxu “sovet maşınları”nın qabaqlarını qaldıraraq, arxa hissələrinin "purjun”larını kəsirlər, səsgücləndirici siqinallardan istifadə edərək, şəhər əhalisinin ictimai-asayişini pozurlar.
Ölkənin ikinci böyük şəhəri olan Gəncənin hər bir yanında - dayanacaqlarda, qovşaqlarda, işıqforlarda, piyada keçidlərinin hər bir tərəfində kameralar olduğu halda, avtoxuliqanların cəzasız qalması sual altındadır.
Sürücülər tərəfindən digər narazılıq Gəncə Şəhər İmtahan-Qeydiyyat Şöbəsi "Mero" deyilən polis şöbəsinin qanunsuz fəaliyyətindəndir. Adı çəkilən dövlət orqanı “sovet maşınları”nı 70 manat, xarici maşınları 80 manat pul ödənişi əsasında texniki baxışdan keçirirlər, sürücülük vəsiqəsini imtahan nəticələri aşağı olduğu halda əldə edən şəxslərin olduğu söylənilir. Son zamanlar sürücülük vəsiqəsi verilən şəxslərin yenidən imtahan götürülməsi yazılanları sübut edər.
Gəncə şəhər ərazisində çəkilən avtoxuliqanların maşınlarının fotoşəkillərini sübut üçün təqdim edirik:
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən, yazılanlar haqqında Gəncə şəhərində monitorinq keçirilməsi gözlənilir…
Mövzuya yenidən qayıdacayıq.