“Olmaz ki, dərslər sentyabrın 1-də başlasın?” – Parlamentdə məsələ qaldırıldı

"Avqustun 21-də müəllimlər işə çıxır. Amma sentyabrın 15-nə qədər maaş alır. Azərbaycan müəlliminə nə qədər çox pul verilsə, halal xoşudur. Amma olmaz ki, elə sentyabrın 1-də dərs başlasın və müəllimlər də o vaxtdan maaş alsın?".
Bunu Milli Məclisin plenar iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, Bilik Gününü sentyabrın 15-də müəyyən edənlər isti havanı əsas gətirirlər:
"Həmin şəxsləri Afrikada vəzifəyə təyin etsələr, orada tədrisi qadağan edərlər. Yenə məsələni qaldırmaq istəyirəm ki, dərslərin sentyabrın 1-i başlayıb, mayın sonu bitməsi uyğundur. Onsuz da mayın sonunda dərslər dayanır. Müəllimlər iyunun 15-nə qədər boş qalırlar".
⚏OXŞAR XƏBƏRLƏR