Bakıda avtobuslar 20 dəqiqə intervalla işləyir - SƏBƏB

Hazırda Bakıda bir neçə avtobus marşrutunun hərəkətində gecikmələr var.
Buna səbəb paytaxtın Rövşən Cəfərov, Asif Məhərrəmov, Cavadxan, Alı Mustafayev və Ceyhun Səlimov küçələrindən 3-cü mkr. dairəsi istiqamətində müşahidə olunan sıxlıqdır.
Sıxlığa görə 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 165, 199, 205 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var. Avtobuslar gecikmə və uzunmüddətli intervalla hərəkət edirlər.
Gecikmələr təxminən 16-20 dəqiqə aralığındadır.
⚏OXŞAR XƏBƏRLƏR