Xəbərlər

Qazi və müharibə iştirakçılarına sertifikatlar verildi

iyn-23
11:40 2022

44 günlük Vətən Müharibəsi zamanı ordumuzun şanlı qələbəsindən sonra “Qarabağa dönüş” təşkilatı qazi və müharibə iştirakçılarının, o cümlədən şəhid ailələrinin məşğulluq problemlərinin həlli məsələsinə töhfə vermək üçün “Qarabağımızı birlikdə quraq” layihəsinə start verib. 

 

Layihə çərçivəsində 25 qazi və müharibə iştirakçısı BP-Azərbaycan və Ekvita şirkətlərinin maliyyə dəstəyi ilə Kulane Peşə Təhsil Mərkəzində kurslara cəlb olunublar. 

 

Bildirilib ki, 6 ay ərzində qazi və müharibə iştirakçıları sözügedən mərkəzdə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) həmçinin yükqaldırma üzrə mütəxəssis peşələrinin sirrlərini öyrəniblər. Bundan başqa onlara ingilis dili, psixologiya, etik davranış qaydaları tədris olunub. 

 

Bu gün kursu bitirən qazi və müharibə iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub. 

 

Tədbirdə çıxış edən “Qarabağa dönüş” təşkilatının rəhbəri, millət vəkili Tural Gəncəliyev şirkət rəhbərlərini qazi və müharibə iştirakçılarının məşğulluq məsələlərinin həllinə çalışmaları üçün çağırış edib.

 

T.Gəncəliyev, həmçinin bildirib ki, qazi və müharibə iştirakşılarının işlə təminatı məsələsi ilə yanaşı, onların fərdi inkişafına yardım göstərmək hər kəsin borcudur.

 

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru