Xəbərlər

Sabiq baş nazirdən Nərimanovun heykəli ilə bağlı xəbərə REAKSİYA

iyn-24
14:30 2022

Azərbaycan Xalq Cəbhəsinin (AXC) hakimiyyəti dövründə Prezident Aparatı tərəfindən dövlət xadimi Nəriman Nərimanovun Bakıdakı heykəlinin sökülməsi barədə qərar çıxarılmasına o dövrdə ölkənin baş naziri olmuş Pənah Hüseyn münasibət bildirib.

 

Bu barədə  açıqlama verən sabiq baş nazir Nərimanovun heykəlinin sökülməsi haqda qərardan xəbərsiz olduğunu deyib.

 

"Bəlkə də o dövrdə müzakirələr olub. Amma yüksək dövlət rəsmiləri səviyyəsində belə müzakirələrin şahidi olmamışam. Bu məsələ mənə məlum deyil. Yenə deyirəm, Prezident, parlament rəhbərliyi, Nazirlər Kabineti səviyyəsində müzakirələr aparılsaydı, mən də bilərdim. Amma ola bilsin ki, hansısa çərçivədə Xalq Cəbhəsində, yaxud rayon səviyyəsində məsələ qaldırılıb. Ancaq Prezident Aparatı tərəfindən belə qərarın verilməsindən xəbərsizəm, məndə belə bir məlumat yoxdur",- deyə sabiq Baş nazir vurğulayıb.

 

 

 

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyəti dövründə dövlət xadimi Nəriman Nərimanovun Bakıdakı heykəlinin sökülməsi barədə qərar verilsə də, indiyədək bununla bağlı məlumat ictimaiyyətdən gizli saxlanılıb.  Belə ki, təxminən 30 il öncə Prezident Aparatı tərəfindən Nərimanovun nəhəng heykəlinin sökülməsinə rəy verilib. Qərarın qəti şəkildə icra edilməsi barədə Yasamal Rayon İcra Hakimiyyətinə tapşırıq göndərilib.  Məktubda bildirilib ki, heykəl ən qısa zamanda sökülməlidir. Lakin o dövrdə Yasamalın icra başçısı olmuş Sahib Məmmədov Prezident Aparatından gələn əmri yerinə yetirməkdən boyun qaçıraraq, heykəlin götürülməsinə imkan verməyib və müxtəlif bəhanələr gətirərək, prosesi mümkün qədər uzatmağa çalışıb.

 

Sahib Məmmədov Modern.az-a açıqlamasında deyilənlərin doğru olduğunu təsdiqləyib. O, 30 il öncəki qərarını belə əsaslandırıb: "Nərimanovun heykəlinin sökülməyinə könlüm heç cür razı ola bilmirdi. Çünki mən tarixi oxuyan adamam. Biz bilirdik ki, Nəriman Nərimanovun Azərbaycan xalqının qarşısında xidmətləri olub. Doğrudur, Nərimanov kommunist idi, Azərbaycan Xalq Cümhuriyyətinin dağılmasında rol oynayıb, amma onun xidmətlərini danmaq olmaz. Nəriman Nərimanov siyasətçi olmasıyla yanaşı, gözəl yazıçı, həkim idi. Elə bu səbəbdən onun heykəlinin sökülməsinə mane oldum. Buna görə indi də şadam".

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru