Xəbərlər

Mərhum jurnalist Rəşad Süleymanovun xatirəsi anıldı

iyn-24
18:40 2022

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə ilk hərbi-texnoloji nəşr olan “Poliqon” jurnalının 10 illik yubileyinə həsr olunmuş toplantı keçirilib. Toplantı “Azeri defence” adı ilə fəaliyyətə başlamış mətbuat orqanının qurucusu, jurnalist Rəşad Süleymanovun xatirəsinə ehtiram nümunəsi kimi də yadda qalıb. Tədbirə toplaşanlar mərhumu, şəhid jurnalistləri və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən övladlarını bir dəqiqəlik sükutla anıblar.
 

Tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, Vətənə, doğma yurda hədsiz bağlılığı ilə seçilmiş və peşəkar fəaliyyətini də müqəddəs amallar uğrunda söz mübarizəsinə sərf etmiş Rəşad Süleymanov qısa ömür yolunda hərbi jurnalistika baxımından kifayət qədər böyük sayıla biləcək işlər görüb. 2012-ci ildə yaratdığı “Azeri defence” jurnalı yalnız bilik və bacarığının, əməksevərlik və zəhmətkeşliyinin məhsulu deyildi, eyni zamanda onun arzularını həyata keçirmək istəyinin hədəfi və təntənəsiydi.

“Təəssüf ki, Rəşad aramızdan çox erkən ayrıldı. Mən 44 günlük Vətən Müharibəsi dönəmində onunla sıx təmasdaydım. Cəbhə ilə bağlı məlumatları ondan alırdım. Ünsiyyətimiz əsnasında gördüm ki, Rəşad hərbi sahəyə çox ciddi şəkildə bələddir. Onun sözləri, danışdıqları yalnız sahəyə bələdçilik yox, işinə məsuliyyətli yanaşan adamın belə demək mümkünsə, yaradıcılıq manifesti idi. İnanın o qədər maraqlı məqamlara toxunurdu ki, sadəcə heyrətlənirdim. Qürur hissi keçirirdim ki, hərbi sahəni belə müfəssəl bilən həmkarımız var. Sözün əsl mənasında ekspert idi. Bir daha deyim, amansız ölümün onu bizdən çox erkən ayırmasından dərin təəssüf hissi keçirdim. Hesab edirəm ki, Rəşad öz enerjisi ilə daha çox biliklərə yiyələnə bilərdi. Öyrənərdi və öyrədərdi”, - deyən Ə.Amaşov bildirib ki, R.Süleymanovun “Azeri defence” kimi yaratdığı jurnal “Poliqon” adı ilə artıq 10 yaşına çatıb. Qısa müddətdə kifayət qədər populyarlıq, nüfuz qazanıb.

MŞ sədri həmçinin “Poliqon” jurnalını Şuranın fəxri diplomu ilə təltif edib. Diplom yubilyar mətbuat orqanının baş redaktoru Zaur Babaşovun və R.Süleymanovun övladlarının iştirakı ilə təqdim olunub.


Medianın İnkişafı Agentliyinin şöbəsi müdiri Natiq Məmmədli vurğulayıb ki, “Poliqon” jurnalının 10 illiyinin qeyd edilməsi ümumən hərbi jurnalistika barədə söz açmaq üçün yaxşı fürsət verir. N.Məmmədli təmsil olunduğu qurumun bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən söz açıb. O bildirib ki, MEDİA ötən müddətdə hərbi jurnalistikanın inkişafına diqqət yetirib, nüfuzlu “Əl-Cəzirə” telekanalının ekspertlərinin iştirakı ilə Bakıda jurnalistlər üçün təlim düzənləyib, bir qrup jurnalistin Türkiyənin Ankara Jandarma Akedimiyasında iki həftəlik kursda iştirakını təmin edib.

“Poliqon” jurnalının baş redaktoru Zaur Babaşov çıxışında rəhbərlik etdiyi nəşrin “Azeri defence” adı ilə 2012-ci ildən başlayaraq keçdiyi yola nəzər salıb. O bildirib ki, “Poliqon” Türkiyə, Qazaxıstan və Gürcüstanın bazarında da unikal mövqeyə sahibdir. Cənubi Koreya və Pakistanda nəşrin abunəçiləri var. Z.Babaşov onu da deyib ki, jurnalın indiyədək 63 sayı işıq üzü görüb ki, bunlardan 5-i xüsusi buraxılışdır. Xarici dillərdə çap olunmuş həmin buraxılışlar ADEX, KADEX, IDEF, IDEAS, EDEX, IMDEX, “Silahlar və Təhlükəsizlik”, “Eurasia Airshow”, “Dubai Airshow”, DEFINDEX kimi nüfuzlu beynəlxalq müdafiə sərgilərində yayımlanıb.
“Poliqon” jurnalının  “poliqon.az” saytında isə Müstəqil Dövlətlər Birliyi coğrafiyasında, Türkiyədə, ümumilikdə dünyada baş verən hərbi-texnoloji yeniliklər haqqında zəngin məlumatlar yer almaqdadır.


Sonda çıxış edən Rəşad Süleymovun atası Məhəmməd Süleymanov övladının xatirəsinə göstərilən ehtirama, onun yadigarı olan “Poliqon” juranlının 10 llliyinin keçirilməsinə həssas yanaşdıqlarına görə toplantı iştirakçılarına və nəşrin yaradıcı heyətinə təşəkkürünü bildirib.



Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru