Xəbərlər

Bağçalara qəbulla bağlı qeydiyyat mərkəzləri yaradılacaq - ÖZƏL

iyn-25
14:20 2022

Azərbaycanda uşaq bağçalarına qəbul elektron qaydada aparılacaq. Bağçalara onlayn qəbul sistemi gələn aydan - iyuldan istifadəyə veriləcək. Prosesin mərhələli şəkildə bütün ölkə üzrə həyata keçirilməsi nəzərdə tutulur.

Lakin uşaq bağçalarına qəbulun onlayn formatda aparılmasının kənd yerlərində yaşayan vətəndaşlar üçün müəyyən çətinliklər yaradacağı ehtimal edilir. Bildirilir ki, şəhər və rayonlardan fərqli olaraq, kəndlərdə internetə çıxış imkanları əlçatan deyil. Bu baxımdan kompüter və interneti olmayan valideynlər övladlarını bağçaya qeydiyyata saldırmaqda problemlə üzləşə bilərlər.

Bağçalara qəbulda bu kimi problemlərin olması nəzərə alınacaqmı?

Vətəndaşları narahat edən bu suala cavab tapmaq üçün Təhsil Nazirliyinə sorğu ünvanlanıb.

Nazirliyin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, qeydiyyat prosesi ilə bağlı alternativ qeydiyyat mərkəzləri yaradılacaq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru