Xəbərlər

Bu gün şəhid olan Tahirin qardaşı da əsgərdir

avq-05
18:00 2022

Bu gün Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət alaraq həlak olan əsgər Əliyev Tahir Çingiz oğlu ilə bağlı yeni faktlar məlum olub.

 

Şəhid əsgər Ağstafa rayonunun Xətai kəndində doğulub boya başa çatıb.

 

Ailədə iki oğlan övladı olublar. Onun qardaşı bu ilin iyul ayında hərbi xidmətə yola düşüb.

 

Xidmət zamanı bədbəxt hadisə nəticəsində həyatını itirən əsgər ailəsinin istəyi ilə Ağsatafa rayon Şəhidlər Xiyabanında dəfn olunacaq.

 

Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Tahir Çingiz oğlu Əliyevin üzərinə düşüb.

 

Hadisə nəticəsində əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Əsgər Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qanunvericiliyə əsasən, hər iki əsgərə şəhid statusu veriləcək.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru