Xəbərlər

“Lazer Kursu” adı altında vətəndaşları aldadan dələduz xanımlar kimlərdir?

avq-09
14:40 2022


Ötən yazılarımızda “Prokurorluğun əməkdaşı şantaj olunur?-ŞOK” başlıqlı məqalə dərc etmişdik. Eyni zaman da məqalədə göstərilmişdir ki, Bakı şəhərində fəaliyyət göstərən dələduz qadınlar sadə vətəndaşların etimadından sui-istifadə edərək onların pullarını mənimsəyir.

Güya, xanımları “Lazer Kursu”na, sonra da işə düzəltmək adı ilə onlardan “Leobank” a təcili pul körülmələrini tələb edir. Bu işdə Səbinə və Fidan adlı qadınlar əlbir olaraq fəaliyyətlərini davam etdirirlər.

Əldə etdiyimiz son məlumatlara görə, Səbinə adlı xanım öz çirkin əməllərindən çəkinməyərək prokurorluq əməkdaşını da şantaj etməkdən çəkinmir. Bu barədə bəzi məlumatları diqqətinizə çatdırmışıq. Maraqlı məqam ondan ibarətdir ki, şəhərin mərkəzində açıq-aydın dələduzluqla məşğul olmaq, hələ üstəlik ofis də kirayələmək hər “xanımın” işi deyil.

Gördüyünüz, “Leobank” kartı bir çox sadə vətəndaşlara tanış gələ bilər. Yəni, “Lazer Kursu”na yazılmaq istəyən xanımlar daha aydın şəkildə xatırlaya bilər. Hörmətli xanım oxucularımızdan xahiş edirik ki, Səbinə və Fidan adlı şəxslərin yalanlarına uymasınlar.

Fidan özünü şəhid qızı kimi təqdim edır. Əlbətdə ki, şəhidlərimiz bizim baş tacımızıdır. Amma belə bir iyrənc oyunlarda şəhidlərin adını hallandırmaq axmaqlıdır. Çox istərdik ki, hüquq mühafizə orqanları məsələni nəzarətə götürsün. Bizim araşdırmalarımız davam edir.


“Lazer kurslarına” dəvət edən dələduz xanım peyda olub-ŞOK


Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Oktyabr 2022 (193)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)
İyun 2022 (920)
May 2022 (863)

Рейтинг@Mail.ru