Xəbərlər

Vətən müharibəsinin itkinləri axtarılır - 4 əsgər, 1 MAXE, 1 zabit - FOTOLAR

avq-12
11:40 2022

Rəsmi məlumata görə, 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixlərində davam etmiş Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 6 hərbi qulluqçusu itkin düşmüş hesab olunur.

Əsir və itkin düşmüş, gorov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, itkin düşən 6 hərbçidən 4-ü əsgər, 1-i MAXE, 1-i zabitdir.

“İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir”, - deyə Dövlət Komissiyasının məlumatında deyilir.

İtkin hesab olunan hərbi qulluqçular 2001-ci il təvəllüdlü MAXE Mehdiyev Asim Yaqub oğlu, 1998-ci il təvəllüdlü leytenant Vəlizadə İbrahim Səməd oğlu, 1997-ci il təvəllüdlü əsgər Qədirli Elnur Rəcəb oğlu, 1996-cı il təvəllüdlü əsgər Salamov Qorxmaz Bayram oğlu, 1995-ci il təvəllüdlü əsgər Feyzullayev Aydın Zakir oğlu, 1991-ci il təvəllüdlü əsgər Səfərli Xəqani İlqar oğludur.

2020-ci ilin Vətən müharibəsində Azərbaycanın 2908 hərbi qulluqçusu şəhid olub.


Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Oktyabr 2022 (193)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)
İyun 2022 (920)
May 2022 (863)

Рейтинг@Mail.ru