Xəbərlər

28 saylı Laçın məktəbində Subut Mehdiyevin müəllifi olduğu “TARİXİN ZƏFƏR YOLU” kitabının təqdimatı keçirildi

noy-23
12:12 2022

Bu gün Xətai rayonunda yerləşən 28 saylı Laçın rayon məktəbində   yazıçı-jurnalist Subut Mehtiyevin  “Tarixin zəfər yolu “kitabının təqdimatı oldu.  Bu “Zəfər tarixinin qəhrəmanları” layihəsi çərçivəsində oxucuların ixtiyarına verilən növbəti kitab idi.Tədbirin orta məktəbdə keçirilməyi kitabın məzmun və qayəsinin nə qədər əhəmiyyətli olmasından  xəbər verirdi. Zəfər tarixi haqqında yazılan kitabların məqsəd və məramı gənc nəsllərə vətən sevgisinin aşılanmasıdır. Tədbirin təhsil müəssisəində keçirilməsi zəfəri qazanan şəhid və qazilərimizin şərəfli döyüş yolunun məktəbdə gənclərə təbliğ olunmasının vacibliyini ortaya qoyur.

    28 saylı Laçın rayon məktəbinin tərbiyəvi işlər üzrə direktor müavini Sevinc Əliyeva tədbiri giriş sözü ilə açaraq mahiyyəti barədə geniş məlumat verdi. Əvvəlcə bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi anıldı, sonra isə dövlət himni səsləndirildi.  Daha sonra kitabın müəllifi Subut  Mehdiyevə söz verildi. Müəllif  iştirakçılara kitab haqqında məlumat verərək qeyd etdi ki,  biz  Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətənpərvərliyin tərənnümü, ölkəmizin müdafiəsində  qəhrəmancasına həlak olmuş ŞƏHİDLƏRİN, həmçinin  qazilərin keçdiyi şərəfli döyüş yolu barədə vətənpərvərlik nümunələrinin gənc nəsillərə çatdırılması, vətənin müdafiəsində qəhrəmanlıqlara imza atmış döyüşçülərin döyüş yolunun təbliği istiqamətindəki çağırışlarına qoşularaq, yazıçı–jurnalist Səhər Manafova ilə “Zəfər Tarixinin Qəhrəmanları” layihəsinə başladıq.  “Zəfər Tarixinin Qəhrəmanları”, “Zəfər Tarixinin Qəhrəmanları-Qax Şəhidləri” və “Tarixin Zəfər yolu” kitablarının  nəşr olunduğunu bildirdi.  O, qeyd etmişdir ki,   “Tarixin Zəfər Yolu”  kitabında  Müzəffər Ordumuzun inkişaf tarixi və bu istiqamətdə görülən işlər, müasir silahlarla silahlanma barədə məlumatlar ətraflı şəkildə təhlil olunmuşdur.

 Müəllifin sözlərinə görə, bu layihədə Azərbaycan Ordusunun inkişaf tarixi və Müzəffər Ali baş komandan İlham Əliyevin apardığı uğurlu və balanslaşdırılmış siyasət, bunun nəticəsi olaraq  44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə barədə də məlumatlar yer alıb. Bu kitabda vətənpərvərlik nümunələrinə geniş yer ayrılmışdır. Onun sözlərinə görə, “Tarixin Zəfər Yolu” kitabında Ali Baş Komandan İlham Əliyev Laçının Qarabağın açarı olduğu və strateji əhəmiyyəti, mineral su ehtiyyatları, təbiətinin ekoloji faydalılığı barədə tarixi çıxışı yer alır.   Kitabda eyni zamanda tarixçi alim Şikar Qasımovun Laçının tarixi barədə geniş araşdırma yazısı öz əksini tapır. Tarixdə adı fəxarətlə çəkilən tarixi şəxsiyyətlər barədə də məlumatların olması bu kitabın nə qədər maraqlı və oxunaqlı  olmasını bir daha təsdiq edir. Daha mühüm və vacib məqamlardan biri də odur ki, kitabda millət vəkili Mahir Abbasın  Şərqi Zəngəzur iqtisadi rayonunun tərkibinə daxil olmuş Laçının region və Qarabağ, bütövlükdə  isə Azərbaycan üçün hansı iqtisadi yükü daşıması barədə ətraflı yazısı vardır. Həmçinin Babək Aslanovun rəhbərliyi altında cəmlənmiş 30 nəfər bələdçi-kəşfiyyatçı kimi minlərlə gənclərə örnək ola biləcək qəhrəmanların fədakarlığı barədə məlumatlar kitabda qeyd edilmişdir. Kitabda həm Birinci Qarabağ, həm də 44 günlük Vətən savaşında döyüşmüş bir neçə qəhrəman döyüşçü haqqında da geniş və ətraflı məlumatlar var. Eyni zamanda  Birinci Qarabağ savaşında canlarını fəda etmiş 305 nəfər şəhid, 44 günlük Vətən savaşında şəhid olmuş 15 hərbçi və 4 nəfər mülki şəhid barədə də geniş məlumatlar bu kitabda verilir.  Kitabın ərsəyə  gəlməsində   müasir dövrün diqtə elədiyi yeni üsullardan da istifadə olunmuşdur. Belə ki, Şəhidlər barədə çəkilmiş videolar mantaj olunaraq “Əsgərtv” adlı yotube kanalında yerləşdirilmiş, k-kodları isə məqalələrin başlığında verilmişdir. 

   Daha sonra söz  Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev çıxış   çıxış edərək kitabın əhəmiyyətindən danışmışdır .

 Millət vəkili Müşfiq Məmmədli geniş çıxış edərək tarixdə   qalan böyük şəxsiyyətlərin xalqına yönəlik xidmətlərindən danışdı.  Millət vəkili qeyd etdi ki,  tarixi zəfərin əhəmiyyəti bu gün çox böyükdür,  Bu şanlı zəfər xalqımızın milli kimliyini özünə qaytardı. O, kitabın müəllifinə də təşəkkürünü bildirərrək belə vacib layihələrin əhəmiyyətinin böyük olduğunu bir daha öz çıxışında vurğulamışdır. 

” Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədli, Laçın rayon icra hakimiyyəti başçının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri   Aynurə  Həsənova öz çıxışlarında bu gün  şanlı zəfərimizin əldə  olunmasında Azərbaycan ordusunun keçdiyi tarixi və şərəfli döyüş  yolundan söhbət açmış və bu şərəfli tarixin yaşadılması baxımından kitabın nə dərəcədə  əhəmiyyətli olmasını vurğulamışdı. Daha sonra Səhər Manafova çıxış edərək layihənin yaranma zərurətindən və görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat verdi.

 Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin laçın rayon şöbəsinin sədri  Babək Aslanov çıxış edərək “Tarixin Zəfər yolu” kitabının əhəmiyyəti barədə söylənilən fikirlərə əlavə edərək bildirdi ki, zəfər tariximizin təbliği baxımından  kitab gələcək nəsillərə ən gözəl hədiyyədir. 

  Sonda 28 saylı Laçın rayon orta məktəbinin direktoru  Nofəl İsmayılov çıxış edərək Subut müəllimə yaradıclılq uğurları arzuladı və  bu kimi tədbirlərin tezliklə Laçında təşkil olunmağını arzu etdi. 

         Tədbirin sonunda müharibə iştirakçıları və qazilərə fəxri diplomlar verildi , xatirə şəkilləri çəkildi.

Yaqut Zeynalova




Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ARXİV

Dekabr 2022 (88)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)

Рейтинг@Mail.ru