Xəbərlər

“FOHOW” şirkəti Azərbaycan qanunlarına niyə tabe olmur? - VİDEO

dek-01
09:40 2022


“FOHOW” şirkəti Azərbaycan qanunlarına niyə tabe olmur? - VİDEO

Artıq 8 ildir ki, Azərbaycanda nümayəndəliyi və geniş şəbəkəsi olan “FOHOW” Beynəlxalq Korporasiyasının fəaliyyəti ilə bağlı ziddiyyətli məlumatlar yayılmaqdadır. Xatırladaq ki, əsası 1999-cu ildə Çin Xalq Respublikasında qoyulmuş bu şirkət əsasən insan orqanizminin immun sistemini gücləndirdiyi iddia olunan qida əlavələrinin satışı ilə məşğuldur. Korporasiyanın özündən təqdim olunan açıqlamalara görə, bu gün “FOHOW”-un ticari şəbəkəsi artıq dünyanın 90-dan çox ölkəsini əhatə edir. Lakin dediyimiz kimi, son vaxtlar Korporasiyanın iflas durumda və bağlanmaq ərəfəsində olması, eləcə də bir çox digər məsələlər barədə həm dünyada, həm də Azərbaycan ictimaiyyətində ziddiyyətli fikirlər səsləndirilir. Təbii ki, bu vəziyyətdə həm Korporasiyanın Azərbaycandakı şəbəkəsində çalışan vətəndaşları, həm də istehlakçıları bəzi suallar narahat etməyə başlayır.

Bütün bu suallara cavab almaq üçün şirkətin rəsmilərinə müraciət edən işçilərin hesabları bloklanır. Şirkətlə əməkdaşlıq edənlərin mediaya verdiyi məlumata görə, “FOHOW”-un fəaliyyətində Azərbaycan qanunvericiliyinə zidd olan məqamlar var. Məsələn, müqavilələr bağlanmır, məhsullar verilsə də, ödənişlər əvəzində çeklər təqdim edilmir. Əməkdaşkar şirkətdən ödədiyi vəsaitin çeklərini tələb etdikdə, onlarla əməkdaşlığa son qoyulur. Şirkətdə baş verənlərə aydınlıq gətirmək üçün “FOHOW”un ofisi ilə əlaqə saxladıq. Azinforum.az-a bildirdilər ki, şirkət bütün qanunvericilik tələblərinə riayət edərək fəaliyyət göstərir: “Belə neqativ məlumatları şirkətə qarşı qərəzli olanlar yayır”.
Bildiririk ki, “FOHOW”un ölkəmizdəki fəaliyyətilə bağlı kifayət qədər ciddi iddialar səslənir. Hər – halda bu iddialara rəsmi qurumların da münasibıt bildirməsi yaxşı olar. //Azinforum.az//

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

Yanvar 2023 (622)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)

Рейтинг@Mail.ru