Xəbərlər

Dələduzların toruna düşən ev alanlar nə etməlidir? - ARAŞDIRMA

dek-02
14:00 2022


Dələduzların toruna düşən ev alanlar nə etməlidir? - ARAŞDIRMA

Yeni binalardan mənzil alanlar hələ onun sevincini yaşamamış, xəbər çıxır ki, evin başqa bir sahibi var. Artıq bu şikayətlər illərdir eşidilir.

Azər Talıbov Bərdədəki dam-daşını satıb, üz-tutub Bakıya. Bir müddət işləyib 2020-ci ildə özünə ev alıb. Elə problemlər də bundan sonra başlayıb.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qanunvericiliyə diqqət çəkir. Deyir, boşluqlar aradan qaldırılsa, ev alanlar da dələduzluqla məşğul olan tikinti şirkətlərinin toruna düşməz.

Azər Talıbov və həmin MTK-dan mənzil alan zərərçəkənlər apardıqları mübarizədə qalib gəlib. “Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir. Amma belə hallar çox deyil. Yüzlərlə aldadılan vətəndaşların aqibəti bəlli deyil. Məsələn, "PROQRESS 2016" Mtkdan mənzil alan vətəndaşlar illərdir qapı-qapı qurumları gəzib, haqlarını istəyirlər, hələki səslərinə səs verən yoxdur.

Baş Prokurorluq mütamadi mətbuatda vətəndaşların verdikləri şikayətlər əsasında MTK rəhbərlərinin həbs olunması xəbərlərini paylaşır. Amma heç də tələyə düşmüş ev alanların hüquqları həmişə təmin olunmur.

Vəkil Elçin Sadıqov deyir ki, praktikada barələrində cinayət işi açılmış MTK rəhbərlərinin qeyri qanuni yollarla işdən sıyrılmalarının şahidi olub. Deyir, cinayət işi açılmış ŞƏRUR mtk sədri təsis sənədlərini “ Qlobal Azəri” MTK-nın balansına keçdiyinə görə, yerli məhkəmə də həbs qərarını geri götürüb, zərərçəkən vətəndaşın işi isə havada qalır:

Mənzil fırıldaqçılığı ilə bağlı işlər Avropa insan haqları məhkəməsinə qədər gedib çıxıb. Məhkəmə Şərur MTK-dan qalmaqallı ev alan Fikrət Paşayevin işinə baxıb.

Vətəndaşlar Prezident Administrasiyasına külli miqdarda əmlaklarını dələduzluq yolu ilə ələ keçirmiş tikinti şirkətləri haqqında müraciətlər ediblər. Qalmaqallı şəkildə gündəmə gələn bir sıra tikinti şirkətlərinin adları prezident administrasiyasının səlahiyyətli şəxsləri tərəfindən vaxtilə mətbuatda da açıqlanıb.

İllərdir kirayədə yaşayan, kreditlə ev alan vətəndaşlar, necə deyərlər, yağışdan çıxıb, yağmura düşüb. Nə evlərini ala bilirlər, nə pullarını.

Toplum TV

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

Yanvar 2023 (622)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)

Рейтинг@Mail.ru