Xəbərlər

SOCAR ilə Sumqayıt Dövlət Universitetinin nümayəndələri arasında görüş keçirilib

yan-24
13:40 2023


 2023-cü il yanvarın 23-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə SDU nümayəndələri arasında görüş keçirilib.

         Görüşdə elmin, təhsilin inkişafına  dair   birgə əməkdaşlığın qarşılıqlı faydaları və perspektivləri haqqında fikir mübadiləsi aparılıb, SOCAR  ilə SDU arasında səmərəli əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə edilib.

“Universitet-sənaye əməkdaşlığı” çərçivəsində SDU-nun bir çox müəssisələrlə faydalı əməkdaşlıq əlaqələrinə malik olduğu diqqətə çatdırılıb, bu təşəbbüsün birgə ixtisaslı kadrların hazırlanması işinə töhfə verəcəyi bildirib. 

Görüşdə, həmçinin SOCAR tərəfindən gənclərin bilik və bacarıqlarının, eyni zamanda istehsalat təcrübələrinin artırılması istiqamətində çoxsaylı proqramların həyata keçirildiyi qeyd edilib. Bugünədək SOCAR-ın təcrübə proqramlarına 120 SDU tələbəsinin cəlb edildiyi, son iki ildə SOCAR-ın strukturuna daxil olan müəssisələrdə 41 SDU məzununun işə qəbul edildiyi vurğulanıb.

Görüş çərçivəsində BANM  məzunlarının SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, habelə transmilli şirkətlərdə çalışaraq ölkədə iqtisadiyyatın və sənayenin inkişafına töhfələr verdikləri, nəhəng şirkətlərdə Azərbaycanı layiqincə təmsil etdikləri ifadə edilib. 

         

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

Yanvar 2023 (622)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)

Рейтинг@Mail.ru