Xəbərlər

Kooperasiya Universitetində “YIĞIM MÖVSÜMÜ”: Şöbə müdiri qiymət üçün magistrlərə neçə manat “oxuyur?” – FOTO

yan-28
18:40 2023



Kooperasiya Universitetində növbəti rüşvət qalmaqalı yaşanıb.

 Kooperasiya Universiteti Magistratura şöbəsinin müdiri Əmiraslan Nəbiyev məqbul qiymət üçün magistrlərdən 150 manat tələb edir.

Qeyd olunur ki, magistrlərə bu məbləğdə qiymət “oxuyan” Nəbiyev hətta imtahanların vaxtı ilə bağlı onları məlumatlandırmağa da ehtiyac görmür.
Kooperasiya Universitetində “YIĞIM MÖVSÜMÜ”: Şöbə müdiri qiymət üçün magistrlərə neçə manat “oxuyur?” – FOTO
Nəticədə magistrlər nə zaman imtahan verəcəklərini son anda öyrənmək məcburiyyətində qalırlar və seytnot vəziyyətinə düşərək imtahana normal hazırlaşa bilmirlər. Ancaq bu hal şöbə müdirini qətiyyən qayğılandırmır.

Redaksiyamıza göndərilən bu qiymət cədvəlinə diqqət edin. Məlumata görə, cədvəldə qiymət qrafaları boş saxlanılan magistrlər Nəbiyevin tələb etdiyi məbləği ödəyənlərdir. Yəni digər magistrlərin nəticələri qiymətləndirildikdən sonra onlara da uyğun qiymət yazılacaq.

Bildirilir ki, Nəbiyəv imtahandan məqbul qiymət ala bilməyən, yaxud da balı qəsdən aşağı salınan magistrlərə “özlərini yormamağı, tələb olunan pulu verib qiymət almağı” tövsiyə edib.

Qeyd edək ki, Kooperasiya Universitetinin rektoru Milli Məclisin deputatı Eldar Quliyevdir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (490)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru