Xəbərlər

4 aylıq şirkət MSK-ya İKT xidmətləri göstərəcək – Müəmmalı məqamlar

yan-30
15:00 2023



Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tender müsabiqəsinin qalibi “Efaron Qrup” MMC (VÖEN-1307893541) olub.

MSK dairə seçki komissiyalarında mövcud olan əməkhaqqı və buna aid digər hesablamararın uçotu proqramına 2023-cü il ərzində illik xidmətin göstərilməsinə görə “Efaron Qrup” MMC -yə 44 min 486 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, 44,5 min manatlıq tender müsabiqəsinin qalibi olan “Efaron Qrup” MMC tender elanından təxminən 4 ay əvvəl dövlət qeydiyyatına alınıb.

MSK tender elanını 28.12.2022-ci il tarixində elan edib. Qalib şirkət isə 24.08.2022-ci il tarixində qeydiyyata alınıb.

Maraqlıdır ki, xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün cəmi 4 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Nizamnamə kapitalı 10 manat olan “Efaron Qrup” MMC-nin hüquqi ünvanı “Yasamal rayonu, H.Q.Mustafayev, ev 11”-də yerləşir. Qanuni təmsilçisi isə Kazımov Yaşar Şura oğludur.

Maraqlı məqamlardan biri də odur ki, son bir il ərzində “Efaron Qrup” MMC -nin dövlət qeydiyyatına alındığı ünvanda 200-ə yaxın şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub və təsis olunduqdan qısa müddət sonra çoxsaylı tenderlərdə qalib olublar.

Cəmi 8 ay ərzində “Yasamal rayonu, H.Q.Mustafayev, ev 11” ünvanda qeydə alınan şirkətlər bunlar olub:


Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (490)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru