Xəbərlər

Durum dəyişir: “Nə Ərdoğan, nə də Putin...” – İdlibdə gözlənilən savaş

fev-24
14:05 2020
Durum dəyişir: “Nə Ərdoğan, nə də Putin...” – İdlibdə gözlənilən savaş


“Rusiya-Türkiyə münasibətləri tərəflər üçün əlverişli deyil. Hesab edirəm ki, Əsəd Rusiyanın icazəsi olmadan razılaşmanın pozulmasına yol verməzdi. Buna görə də İdlibdə öz maraqları olan Türkiyədən reaksiya gəldi. Bu şərtlərdə razılaşmaq mümkün deyil”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Malaşenko deyib.

“Ancaq heç kim birbaşa toqquşmaya ehtiyac duymur - nə Putin, nə də Ərdoğan. Şəxsi görüşlərinin nəticə verməyəcəyini bildikləri üçün də Almaniya və Fransanın iştirakı ilə zirvə görüşü barədə qərar qəbul edildi. Bu həm Rusiya, həm Türkiyə, həm də ortaq problemin həllində iştirak edən Avropa üçün faydalıdır. Status-kvonun qorunması üçün razılaşma olacaq. Sammit Suriyada birbaşa hərbi qarşıdurmanın olmayacağına dəlalət edir”, - ekspert qeyd edib.

Bundan əvvəl Türkiyə Prezidenti Tayyib Ərdoğan Suriya ilə bağlı zirvənin 5 mart tarixində İstanbulda olacağını açıqlayıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru