Hörmətli qonaq Bakı və İrəvanı niyə “unutdu” - Mişelin Şərq səfəri

mar-03
14:43 2021
Hörmətli qonaq Bakı və İrəvanı niyə “unutdu” - Mişelin Şərq səfəri

Fevralın 28-də Avropa İttifaqı Şurasının (AİŞ) sədri Şarl Mişel Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinə səfərə çıxdı. Turnesinə Moldovadan başladı ki, burada Qərb tərəfdaşlarının şəxsən dövlət başçısını və zəruri dəyişiklikləri dəstəklədiyini nümayiş etdirdi.

Sonra Gürcüstana uçdu, martın 1-də Prezident Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze ilə görüşlər keçirdi. Tsxinvali istiqamətində Rusiyanın işğalı xəttini də ziyarət etdi və ölkənin ərazi bütövlüyünə hər cür dəstəyini bildirdi.

Martın 2-də Tbilisidən Kiyevə uçan Şarl Mişel, Prezident Zelenski ilə birlikdə ölkənin şərqini, Donbasın işğal olunmuş hissəsinə yaxın ərazini ziyarət edəcək və orada Birləşmiş Qüvvələr Əməliyyatı nümayəndələri ilə görüşəcək. Və şübhəsiz ki, orada da Ukraynanın işğalına qarşı çıxacaq və ərazo bütövlüyünə dəstək verəcək.

Məsələnin maraqlı cəhəti odur ki, əvvəlcə AİŞ rəhbərinin bu tur çərçivəsində həm İrəvana, həm də Bakıya səfəri planlaşdırılırdı. Bu, təəccüblü deyil, çünki Ermənistan və Azərbaycan da Aİ-nin Şərq Tərəfdaşlığı (EAP) proqramının iştirakçılarıdır. Ancaq indi gördüyümüz kimi, son anda planlar dəyişdi. Niyə?

Yəni Avropa İttifaqının rəhbəri sona çatan İkinci Qarabağ müharibəsinin nəticələri ilə bağlı tərəflərə nə deyəcəyini bilmir? Kimin mövqeyini dəstəkləyəcəyinə qərar verməyiblər? Yoxsa marşrutlardakı dəyişiklik, yalnız Aİ-yə ən yaxın olan, onunla assosiasiya sazişləri bağlayan və Avropa ilə vizasız rejimi almış ŞT ölkələrini ziyarət qərarı ilə əlaqədardır?

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Moldovalı analitik, tarix elmləri doktoru, Effektiv Siyasət İnstitutunun direktoru Vitali Andriyevski:

“Birincisi, bu səfərin məqsədinin Şərq Tərəfdaşlığını birləşdirmək və iştirakçılarını Avropaya inteqrasiya prosesini sürətləndirə biləcək konkret layihələrin həyata keçirilməsinə yönəltmək olduğuna inanıram. Bu ölkələrin birgə layihələri də daxil olmaqla.

İkincisi, (və bu, artıq Azərbaycanla Ermənistana aiddir) düşünürəm ki, İrəvan və Bakı səfərləri bir sıra obyektiv səbəblərdən təxirə salınıb. Ən başlıcası isə Ermənistandakı siyasi böhrandır”.

Almaniyalı politoloq, “WeltTrends” Beynəlxalq Siyasət İnstitutunun professoru Aleksandr Rar:

“Təəssüf ki, Avropa İttifaqı Şurasının rəhbəri cənab Şarl Mişel, sadəcə qorxaqlıq nümayiş etdirdi. Niyə yalnız ŞT çərçivəsində Avropa İttifaqına ən yaxın olan ölkələrə diqqət yetirilməlidir? Aİ-nin başçısının gedib Ukraynada korrupsiyanı tənqid etmədən, növbətçi çıxışları edə biləcəyi, orada islahatları dəstəkləyəcəyi məlumdur. Moldovaya gedib, orada ölkənin iki hissəyə bölünməsi faktı ilə məşğul ola biləcəyi də aydındır – vətəndaşların bir hissəsi Avropaya, digəri Avrasiyaya tərəf getmək istəyir. Əlbəttə ki, Gürcüstanı ziyarət edə və orada Abxaziya və Cənubi Osetiya ilə bağlı on illik münaqişəni xatırlaya bilər.

Ancaq mövcud vəziyyətdə Aİ rəhbərinin, hər şeydən əvvəl əlbəttə ki, İrəvana və Bakıya getməsi və orada gücünü göstərməsi lazım idi. Avropanın ortaq xarici siyasətinin mövcudluğunu orada göstərməli idi. Axı, bir vaxtlar Avropa Şərq Tərəfdaşlığı strategiyasının yaranmasının konkret səbəbi vardı.

Əlbəttə ki, Belarusa getmək lazım idi (bu arada, həm də ŞT üzvüdür) və orada tənqidi bir çıxış etmək lazım idi - o zaman rəsmi Brüssel haqqında onların özlərini aparmağı yaxşı bildiklərini söyləmək olardı. Rusiyaya da getmək mümkün idi - Aİ ilə Rusiya Federasiyası arasında bu günə qədər heç bir nəticə əldə olunmasa belə, nəhayətdə Rusiya da bu strategiyanın bir hissəsidir.

Bütövlükdə düşünürəm ki, Avropa İttifaqı bir daha özünü Avropa qitəsində bacarıqlı bir oyunçu, genişmiqyaslı aktyor kimi göstərmək fürsətini əldən verdi. Təəssüf!”.

Ukrayna Ordu Tədqiqatı, Konversiya və Silahsızlaşdırma Mərkəzinin Cənubi Qafqaz şöbəsinin rəhbəri, gürcüstanlı analitik Vladimir Kopçak:

“Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin səfəri yaxınlaşan Şərq Tərəfdaşlığı sammiti fonunda baş verir. Bu format, fikrimcə, Brüsselin hələ tam başa düşməyəcəyi radikal bir sarsıntı və reviziya tələb edir. Yalnız Moldova, Gürcüstan və Ukraynaya səfərlərin coğrafiyasının seçilməsi bir neçə mülahizə ilə izah edilə bilər.

Xatırladım ki, Şərq Tərəfdaşlığının üç tərəfdaşı - Kiyev, Tbilisi və Kişinyov bu yaxınlarda bu layihə çərçivəsində genişləndirilmiş Aİ+3 dialoqlarının formatını başlamaq təşəbbüsü ilə birlikdə çıxış etdi. Aİ-nin daxili bazarına inteqrasiya, nəqliyyat, enerji, rəqəmsal bazar, yaşıl iqtisadiyyat, sağlamlığın qorunması və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi kimi prioritetlər seçildi. Yəni səfərin belə üçlüyünün həqiqətən öz məntiqi var.

Üç ölkənin hər birində ümumi həmrəylik və ərazi bütövlüyünə dəstək nümayişinə əlavə olaraq, səfərin özünəməxsus məqamları var. Mişelin əvvəlcədən bilinən tezislər və siqnallarla Gürcüstanda daxili siyasi böhranın söndürülməsi prosesinə qoşulduğu Tbilisi burada önə çıxır. Onun, hətta hakimiyyəti və müxalifəti danışıqlar masasına oturtmağı bacardığını və yalnız dərin narahatlığını dilə gətirmədiyini söyləyirlər.

Bakı və İrəvanı burada “görməməzliyə vurmaq” indi də məntiqli görünür (Minski xatırlamırıq, hələ ora gedə bilmərik). Səfər əvvəlcədən planlaşdırılmışdı, lakin bu mərhələdə İrəvan, dərin bir siyasi böhran fonunda, fikrimcə, hörmətli qonağı qəbul etməyə hazır deyildi. Azərbaycan Ermənistanla komplektdə ortadan çıxmış kimi görünürdü ki, buna da, məncə, Bakıda xüsusilə üzülməmişdilər. Hər iki ölkə indi müharibədən sonrakı rejimdə fərqli duyğularla yaşayır.

Bəli, Brüssel, həqiqətən, Qarabağ ətrafında yeni status-kvoya münasibətdə necə mövqe tutacağını bilmir. Bu, vahid Aİ təhlükəsizlik siyasətinin olmamasının birbaşa nəticəsidir. Prinsip etibarilə, iştirakçı ölkələrin ərazilərinin işğaldan çıxarılmasına vurğu edilərək, təhlükəsizlik sahəsində hər hansı bir fərdi və ya ortaq gündəm təklif etməyən Şərq Tərəfdaşlığı formatının şübhəli təsiri də bu nəticədən doğur.

Üstəlik, format daxilində birləşdirici iqtisadi platformaların olmaması da öz sözünü deyir. Gələcəkdə Şərq Tərəfdaşlığının bu mövzuda hər hansı bir irəliləyiş təklif edə biləcəyi ehtimalı yoxdur. Ancaq Aİ ilə başqa bir format hələ icad edilməyib, bu səbəbdən fon rejimində əlimizdə olanlarla kifayətlənəcəyik”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

ARXİV

Aprel 2021 (415)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)
Noyabr 2020 (586)

Рейтинг@Mail.ru