Ərdoğan Azərbaycanla müdafiə sənayesində əməkdaşlığa dair mühüm sənədi təsdiqlədi

apr-06
10:59 2021


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişini təsdiqləyib.

Bu barədə qərar “Resmi gazete”də yayımlanıb.

“Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Müdafiə Sənayesi sahəsində Əməkdaşlıq” sazişi 31 oktyabr 2017-ci il tarixində Bakıda imzalanıb.

Türkiyə Prezidenti 5 aprel 2021-ci il tarixli sərəncamı ilə ölkələrimiz arasında imzalanmış sazişi təsdiq edib.

Xatırladaq ki, 2017-ci ilin oktyabrın 31-də Bakıda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Müdafiə naziri Zakir Həsənov və həmin dövrdə Türkiyə Milli Müdafiə naziri olmuş Nurettin Canikli imzalayıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

ARXİV

Aprel 2021 (415)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)
Noyabr 2020 (586)

Рейтинг@Mail.ru