Erməni polkovnikin mina etirafı ilə bağlı - Bəyanat

iyn-07
22:48 2021

“Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunda ikisi jurnalist olmaqla üç nəfər mülki şəxsin həlak olması və bir neçə mülki şəxsin yaralanması ilə nəticələnən ən son mina partlayışından dərhal sonra Ermənistan silahlı qüvvələrinin polkovniki Koryun Qumaşyan mətbuata verdiyi müsahibədə şəxsən və onun əsgərlərinin iştirakı ilə Laçın və Kəlbəcər rayonları ərazilərinə 17 yük maşını minanın basdırıldığı etiraf edilib”.

Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın yaydığı bəyanatda deyilir.

Bildirilib ki, onun bu etirafları bir daha Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən törədilmiş müharibə cinayətlərini sübut edir:

“Sosial mediada yayılan bu etiraf Azərbaycan cəmiyyətində həddindən artıq narahatlıq yaradıb. Bu törədilən cinayətin birbaşa etirafı olmaqla beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır və günahkarlar dərhal ədalət mühakiməsinə cəlb olunmalıdır.

Azərbaycan Ombudsmanı olaraq bu məsələni dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldırmış, onları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Ermənistan tərəfindən yerləşdirilmiş minaların xəritələrinin əldə edilməsində köməklik göstərməyə və bununla da günahsız insanların həyatını xilas etməyə çağırmışam.

Təəssüf ki, bu günə qədər qeyd olunan məsələ ilə bağlı hər hansı bir beynəlxalq təşkilatdan müvafiq dəstək almamışıq. Bu təşkilatların susması beynəlxalq hüququn effektivliyini şübhə altına alır və insan hüquqlarının davamlı olaraq pozulmasına şərait yaradır.

Bu minalar həmin əraziləri ziyarət etmək istəyən hər bir şəxs üçün böyük təhlükə mənbəyidir. Azərbaycanda ötən yeddi ay ərzində 140-dan çox insan minaya düşüb, 27 mülki şəxs mina partlaması nəticəsində həlak olub. Bu cinayətə görə Ermənistanın siyasi və hərbi rəhbərliyi məsuliyyət daşıyır.

İnsan hüquqları yalnız yüksək tribunalarda çıxış mövzusu olaraq qalmamalıdır. Dünyada insan hüquqlarının təminatçısı olduğunu iddia edən beynəlxalq təşkilatlar növbəti itkilərin qarşısını almaq məqsədilə mina xəritələrini açıqlaması üçün Ermənistana qarşı konkret tədbirlər görməlidir”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

ARXİV

İyun 2021 (530)
May 2021 (752)
Aprel 2021 (728)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)

Рейтинг@Mail.ru