"Muradovu “Abxaziya cəlladı” adı almış Kosobokovun əvəz etməsi xoşagəlməzdir" - GƏLİŞMƏ

sen-09
19:20 2021


General-mayor Mixail Kosobokov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin olunub. O, bu postda general-leytenant Rüstəm Muradovu əvəz edib.
“Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının rəhbərinin kim olmasından daha çox Moskvanın hansı tələblərdə bulunacağı daha önəmlidir. Lakin “Abxaziya cəlladı” ləqəbini qazanmış, “qaynar nöqtə”lərdə öz sərtliyi ilə tanınan general-mayor Mixail Kosobokovun bu posta gətirilməsi ondan xəbər verir ki, Kreml Qarabağda Rusiyanın müvəqqəti nəzarətində olan ərazilərdə möhkəmlənmək və daha sərt addımlar atmağı planlaşdırırlar”. Bu fikirləri bizimyol.info-ya siyasi şərhçi Azər Rəşidoğlu səsləndirib.

“General Kosobokov sərt hərbiçi kimi tanınır və ona gələcək karyerası üçün Qarabağla bağlı verilən əmrlərin nəyin bahasına olursa olsun yerinə yetirilməsi mühümdür. Ehtimal edirəm ki, Rusiya Qarabağda sülhməramlıların sayını artıra bilər və görünən budur ki, Moskva heç də tezliklə Qarabağı tərk etmək fikrində deyil. Ümumiyyətlə, “10 noyabr bəyanatı”nın müddəaları pozulur. Kosobokovun Bakının razılığı olmadan bu vəzifəyə gətirilməsi yolverilməzdir. Düşünürəm ki, Türkiyə sülhməramlıları da bölgəyə yerləşdirilməlidir. Ümumiyyətlə, Bakı, Gəncə, Şuşa, Naxçıvanda Türkiyə hərbi bazaları qurulmalıdır. Əgər Rusiya Qarabağda öz gücünü artırırsa, mütləq Türkiyə də orada təmsil olunmalıdır. Ümumi götürdükdə. “10 noyabr bəyanatı”nın hüquqi qüvvəsi ilə bağlı müzakirələr aparılmalıdır”,- deyə Azər Rəşidoğlu bildirib. Onun fikrinə görə, Ermənistanda olan 102-ci hərbi baza və Kosobokovun rəhbərlik edəcəyi hərbçilərin Azərbaycana mümkün təhlükəsi məsələsinin də geniş müzakirəyə ehtiyacı var.

Hazırda Rusiya “sülhməramlıları” Moldova, Azərbaycan və Gürcüstan olmaqla 3 ölkənin ərazisində yerləşib.

1999-cu ildə ATƏT-in İstanbul sammitində Moskva qoşunlarının Dnestryanıdan 2002-ci ilədək çıxarılacağını vəd etmişdi. Bu vəd indiyədək yerinə yetirilməyib.

1994 və 2008-ci illərdə Rusiyanın işğalçı qoşunları sülhməramlı adı altında Gürcüstanda separatçı Abxaziya və Osetiyada yerləşdirilib, ruslar yerli sakinlərə öz pasportlarını paylaşıblar. Bu günə qədər çıxmyıblar və çıxmaq kimi bir niyyət sərgiləmirlər.

Son günlər Rusiyanın müxtəlif ranqlı dövlət məmurlarının Qarabağda sülh missiyasına dair ritorikalarının rənginin dəyişməsi, eləcə də Muradovun məhz Kosobokovla əvəz olunmazı bu ölkənin Azərbaycaa qarşı xoşagəlməz planlarından xəbər verir.
Bizimyol.info

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

Sentyabr 2021 (465)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)
Aprel 2021 (727)

Рейтинг@Mail.ru