G20 ölkələri BMT-nin Əfqanıstanda daimi mövcudluğunu dəstəkləyiblər

okt-12
23:03 2021

G20 ölkələri Əfqanıstanda BMT-nin daimi mövcudluğuna ehtiyac olduğunu bəyan ediblər, bununla da BMT-nin Əfqanıstandakı Yardım Missiyasına dəstək nümayiş olunub.

“RİA Novosti” xəbər verir ki, bu barədə G20 sədrinin Romada yaydığı bəyanatda bildirilir.

“BMT Əfqanıstan böhranının həllində mühüm rol oynayır. Təşkilatın ölkədə daimi mövcudluğunu saxlamaq lazımdır”, - deyə sammitin ümumi məqsəd və prinsiplərini əks etdirən sənəddə qeyd olunur.

“G20 ölkələri UNAMA-nın (BMT-nin Əfqanıstandakı Yardım Missiyası – Red.) Əfqanıstanda mövcudluğunu və onun öz mandatını icra etməsini qəti şəkildə dəstəkləyir, buraya beynəlxalq yardımın əlaqələndirilməsi rolu da daxildir”, - məlumatda belə deyilir.

Bildirilir ki, “Böyük iyirmilik” ölkələri Əfqanıstan rəsmilərini BMT-nin bütün əməkdaşlarının, eləcə də Əfqanıstandakı bütün diplomatik missiyaların və humanitar işçilərin təhlükəsizliyini və hərəkət azadlığını təmin etməyə çağırıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ARXİV

Oktyabr 2021 (367)
Sentyabr 2021 (641)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)

Рейтинг@Mail.ru