ATƏT Ermənistanla Azərbaycana ÇAĞIRIŞ ETDİ

yan-12
10:16 2022

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Azərbaycan və Ermənistanı sərhəddə güc tətbiq etməkdən çəkinməyə və Qarabağ münaqişəsinin həlli üçün dialoqa getməyə çağırır.

Modern.az xəbər verir ki, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədrinin mətbuat katibi Zbiqnev Rau, Polşanın ATƏT-dəki daimi nümayəndəliyinin ikinci katibi Bartoş Kempinski deyib.

“Biz Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izləyirik. Biz Azərbaycan və Ermənistanı güc tətbiq etməkdən çəkinməyə, Qarabağ münaqişəsinin həlli üçün dialoqa getməyə çağırırıq. Polşa ATƏT-in fəaliyyətdə olan sədri kimi regional sülhün, davamlı inkişafın və regional inkişafın təşviqi istiqamətində səyləri yeniləmək və gücləndirmək üçün tərəfdaşlarla işləmək niyyətindədir. Bu baxımdan biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyəcəyik”, - deyə Bartoş Kempinski bildirib.

Xatırladaq ki, dünən günün ikinci yarısında Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində Ermənistan silahlı birləşmələri təxribat törədib.

Ermənistanın təxribatı sərhəddə vəziyyəti gərginləşdirib.

Təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində qarşı tərəf itki verərək geri çəkilib.

Ermənistan Müdafiə Nazirliyi 3 əsgərinin öldüyünü, bir neçəsinin yaralandığını təsdiqləyib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Yanvar 2022 (518)
Dekabr 2021 (554)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)

Рейтинг@Mail.ru