Xəbərlər

Bahalaşma xalqı ayağa qaldırdı - İranda nə baş verir?

may-16
18:40 2022
Son günlər İranda demək olar ki, bütün şəhərləri əhatə etdən etiraz aksiyaları keçirilir. Etirazlara ölkəyə idxal olunan buğdaya dövlət subsidiyalarının kəsilməsi səbəb olub. Bu qərar un məmulatlarının qiymətinin 300%-ə qədər artması ilə nəticələnib.
 
İran hökuməti yağ və süd məhsulları kimi əsas malların qiymətlərini də qaldırıb. Bu gün Tehranın Çörək İstehsalçıları Birliyinin sədri Məhəmməd Cavad Kərəm bildirib ki, unun qiyməti birdən-birə 10 dəfə artıb. Bu səbəbdən mağazalarda satılan bütün növ çörəklərin qiyməti bahalaşıb. Onun sözlərinə görə, paytaxt Tehranda çörək satışı 50 faiz azalıb. 
 
Bahalaşmaya etiraz edən yerli sakinlər ölkə rəhbərliyi əleyhinə şüarlar səsləndirərək, onları istefaya çağırıblar. 
 
Qonşu ölkədəki etirazlar nədən xəbər verir? Kütləvi xalq etirazı hakimiyyət dəyişikliyinə gətirib çıxara bilərmi? 
 

Bu barədə Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, İranın az qala bütün şəhərlərində cəmiyyətin müxtəlif sosial təbəqəsindən olan insanların, yəni müəllimlər, fəhlələr və digərlərinin etiraza qalxması hakimiyyət üçün ciddi siqnaldır.
 
“Etirazçıların yeganə tələbi sosial vəziyyətlə bağlıdır. Bildiyimiz kimi, İranda son zamanlar gündəlik tələbat mallarının qiymətinin kəskin bahalaşması etirazlara səbəb oldu. Təbii ki, qiymətlərin kəskin bahalaşmasına səbəb İrana qarşı tətbiq edilən sanksiyalardır. Bundan başqa İranın ən yaxın partnyoru hesab edilən Rusiyaya qarşı kəskin sanksiyaların tətbiq olunması İrana da çox ciddi təsir edib. Məsələn, İranın Rusiyadakı səfiri Kazem Calali bildirir ki, İran Rusiyadan aldığı taxıl və yağlı bitkilərin həcmini 20 milyondan çox artıra bilər. Bu rəqəm ötən il 7 milyon olub. İran eyni zamanda Rusiyadan idxal etdiyi taxılın və yağlı bitkilərin həcmini 3 dəfə artıra bilər. Bu da ona görədir ki, Rusiyanın taxılına və başqa məhsullarına embarqo tətbiq olunub”.
 

Sədrəddin Soltanın sözlərinə görə, etirazlar zamanı polis çox sayda etirazçını saxlayıb:
 
“Hətta bəzi məlumatlara görə, İranın Çahar mahalı və  Bəxtiyari əyalətinin Şəhəri Küt ərazisində polisin etirazçıları güllələməsi nəticəsində 5 nəfər ölüb. Etiraz aksiyaları zaman ölənlər də var. İranın bir sıra şəhərlərindəki yanacaq doldurma məntəqələri yanıb. Məsələyə beynəlxalq münasibət də var. ABŞ dövlət katibinin sözçüsü İranda baş verən etiraz aksiyalarına münasibət bildirib və sərbəst toplaşmaq hüququnun təmin edilməsinə çağırıb”.
 
Politoloq İrandakı etiraz aksiyalarının artmasının səbəblərindən söz açaraq deyib:
 
“İranda bahalaşma var və əhali buna kəskin etirazını bildirir. Etiraz aksiyalarını hakimiyyət dəyənəklə və həbslərlə, bir sıra hallarda atəş açmaqla qarşılayır. Cəmiyyətin etirazına bu cür münasibət əhalinin yeni etiraz aksiyalarının başlanmasına təkan verir. Ona görə də, etirazların daha da kəskinləşəcəyi və sərtləşəcəyi istisna olunmur. Burada, heç şübhəsiz ki, vəziyyət hakimiyyətin etirazçıların aksiyasına münasibəti və tələblərini necə qarşılamasından asılı olacaq. Hələ aksiyalar davam edir. Beynəlxalq reaksiya ABŞ-la yekunlaşır”.
 

S.Soltan Güney Azərbaycan şəhərlərindəki etirazlara da diqqət çəkib:
 
“Maraqlı məsələlərdən biri də Güney Azərbaycanın bir sıra ərazilərində etiraz aksiyalarının keçirilməsidir. Adətən Azərbaycan şəhərləri ümumiran aksiyalarını çox passiv qarşılayır. Ancaq burada məsələ sosialyönlü tələblər olduğu üçün Azərbaycan şəhərləri də bu aksiyalarda iştirak edirlər.
 
Aksiyalarda İranın ali rəhbəri Əli Xamenei və İran Prezidenti İbrahim Rəisi əleyhinə də şüarlar səsləndirilir. Bu şüarları siyasi yox, sosial şüarlar kimi dəyərləndirmək olar. Çünki ölkədə sosial problemlərin həllinə ölkənin ali dini lideri və Prezidenti məsuliyyət daşıyır. Ona görə də, ölkə rəhbərliyinə qarşı şüarların səsləndirilməsi təbii hall hesab olunmalıdır. Aksiyalar siyasi yox, daha çox sosial yönümlüdür”.
 
S. Soltan hesab edir ki, Prezident İbrahim Rəisi etirazçıların tələbini yerinə yetrməkdə çətinlik çəkir:
 
“Sosialyönlü aksiyaların tələblərinin ödənilməsində hələki İbrahim Rəisi çətinlik çəkir. Ola bilər ki, bu çətinliklərin aradan qalxması üçün İran tərəfi nüvə  proqramı ilə bağlı əhatəli razılaşmanın şərtlərini qəbul etsin. İran altılıq ölkələri ilə, xüsusilə də, ABŞ-la dil tapsa, İrana qarşı tətbiq olunan bir sıra sanksiyalar aradan qalxa bilər. İkinci tərəfdən İran Ukrayna müharibəsində Rusiyanın tutduğu mövqeyə münasibəti dəyişərsə, bu da ölkədə baş verən hadisələrin səngiməsinə müsbət təsir göstərə bilər”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

İyun 2022 (781)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)

Рейтинг@Mail.ru